Ana Sayfa > İqtisadiyyat > “AzerGold” QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir
“AzerGold” QSC hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir22-09-2023, 17:33. Yazar: sevinc1 |
Ölkəmizin əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirir. aia.az xəbər verir ki, 2023-cü ilin yanvar-avqust aylarında QSC tərəfindən 28.1 min unsiya qızılın hasilatı, 23.1 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 8 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 0.5%, qızıl ixracı planı isə 3% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%, ixracda isə 4.4% daha artıq hədəfdir. Cari ilin ilk 8 ayı ərzində icra olunan hasilat və ixrac əməliyyatları ötən ilin eyni dövrü ilə müqayisədə az olsa da, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub. 2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə hasilat və ixrac göstəriciləri 2022-ci il 2023-cü il Ötən ilin ilk 8 ayı ilə müqayisə Cari ilin ilk 8 aylıq planı ilə müqayisə Qızıl hasilatı 36,864 Oz 28,132 Oz 24%↓ 0.5%↑ Gümüş hasilatı 127,829 Oz 79,934 Oz 37%↓ 49.6%↑ Qızıl ixracı 33,160 Oz 23,122 Oz 30%↓ 3%↑ Gümüş ixracı 110,885 Oz 61,541 Oz 45%↓ 39%↑ Qızılın ixrac dəyəri 103,969,527 AZN 76,538,340 AZN 26%↓ 25%↑ Gümüşün ixrac dəyəri 4,108,106 AZN 2,504,725 AZN 39%↓ 85%↑ Cəmi ixrac gəliri 108,077,634 AZN 79,043,065 AZN 27%↓ 26%↑ 2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə daxili bazar satışları 2022-ci il 2023-cü il Ötən ilin ilk 8 ayı ilə müqayisə Qızılın daxili satışı 1,929 Oz 3,938 Oz 104%↑ Gümüşün daxili satışı 7,141 Oz 23,518 Oz 229%↑ Qızılın daxili satış dəyəri 6,662,791 AZN 13,461,556 AZN 102%↑ Gümüşün daxili satış dəyəri 303,934 AZN 981,732 AZN 223%↑ Daxili satış üzrə cəmi gəlir 6,966,725 AZN 14,443,288 AZN 107%↑ 2022 və 2023-cü illərin yanvar-avqust ayları üzrə cəmi satış gəlirləri 2022-ci il 2023-cü il Ötən ilin ilk 8 ayı ilə müqayisə Qızılın cəmi satış gəliri 110,632,318 AZN 89,999,896 AZN 19%↓ Gümüşün cəmi satış gəliri 4,412,041 AZN 3,486,456 AZN 21%↓ Cəmi gəlir 115,044,359 AZN 93,486,352 AZN 19%↓ Qeyd edək ki, 1 sentyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 49 milyon 202 min manata çatıb. Əldə edilən vəsaitin 1 milyard 6 milyon 40 min manatını ixrac gəlirləri, 43 milyon 162 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır. Xatırladaq ki, 2017-ci ildə Daşkəsən rayonunda yerləşən yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan “AzerGold” QSC ötən 7 il ərzində “Çovdar” yatağının cinahlarında, Daşkəsən və Göygöl rayonlarının ərazisində yerləşən daha 3 qızıl mədənini istismara verməyə nail olub. 2021-ci ildə “Ağyoxuş-1” qızıl mədənində istismar işləri tamamlanıb, “Çovdar”, “Mərəh” və “Tülallar” mədənlərində isə hasilat prosesi davam etdirilir. Paralel olaraq “AzerGold” QSC tərəfindən Naxçıvan Muxtar Respublikası, Balakən və Kəlbəcər rayonlarında mövcud qızıl, mis və digər əlvan metal sahələrində müxtəlif mərhələlərdə olan kəşfiyyat və tədqiqat işləri davam etdirilir. Geri dön |