Mobil versiya
Şirvanda “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olunur -Fotolar
Tarix: 21-09-2023 | Saat: 09:37
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvanda “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olunur

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

aia.az xəbər verir ki, ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışıb, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.

Şəhid ailələri şəhidlərə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə