Mobil versiya
Şirvan Şəhər İcra Hakimiyyətində şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə olunub. -Fotolar
Tarix: 20-09-2023 | Saat: 16:59
Bölmə:Seçki 2024 | çapa göndər

Şirvan Şəhər İcra Hakimiyyətində şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə olunub.

16 avqust 2023-cü il tarixində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr müzakirə edilib. Öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyası barədə məlumat verib. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağını bildirib. Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin başlanıldığını diqqətə çatdıraraq, hazırda ərazidə səyyar beton zavodun quraşdırıldığını və elektrik xətlərinin çəkildiyini bildirib. Sonra şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Etibar Yolçiyev çıxış edərək, şəhər təsərrüfatında vəziyyət və infrastruktur layihələr barədə məlumat verib. Bildirib ki, 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ulu öndərin adını daşıyan park və meydanda yenidənqurma, əsaslı və cari təmir işləri aparılmış, Heydər Əliyev parkında mövcud işıqlandırma sistemində yeni yeraltı elektrik xətləri çəkilmiş, qənaətli led plafonlar və lampalar quraşdırılmış, işıq dirəkləri rənglənmişdir. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev meydanındakı fəvvarə əsaslı təmir olunmuş, sualtı lampalar və elektrik naqilləri yenilənmiş, yeni transformatorlar quraşdırılmışdır. Heydər Əliyev abidə kompleksinin ətraf hissəsində təmir-bərpa işləri aparılmış, işıqlandırma sistemi təmir olunmuş, İstiqlaliyyət prospektində 2 500 kv m asfalt-beton örtük vurulmuşdur. Şirvan Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və “The Company Signfy Poland” şirkəti tərəfindən imzalanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən Şirvan şəhərinin küçə və yollarında “Bakı Abadlıq Xidməti” MMC tərəfindən müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılmış, 125 küçə, 5 park, 4 xiyaban, 8 məhəllə, 3 meydan və 2 dairədə işıqlandıma işləri başa çatdırılmış və 3-cü mərhələdə 71 küçənin işıqlandırılması nəzərdə tutulmuşdur. Şirvan Şəhər İcra Hakimiyyəti Şəhər İşıqları İdarəsi tərəfindən şəhərin Heydər Əliyev parkında, İstiqlaliyyət və Məhəmməd Əmin Rəsulzadə prospektlərindəki xiyabanda, Nərimanov, Səməd Vurğun, İsmət Qayıbov parklarında, Energetik küçəsindəki xiyabanda və şəhər İcra Hakimiyyətinin inzibati binasının ərazisində elektrik kabelləri, mövcud işıq dirəkləri rənglənərək, plafon və lampalarla yenilənmiş, germetik qoruyucu qutu və avtomatlar quraşdırılmışdır. Şirvan Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kommunal Kombinatı Müəssisəsinin və Mənzil Təsərrüfatı İdarəsinin xidməti əraziləri üzrə konteyner meydançalarının dislokasiyası və tullantıların daşınmasını həyata keçirən xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin marşurutlar üzrə hərəkət qrafikləri təsdiq edilmişdir. Xidməti ərazilər üzrə tullantıların daşınmasını həyata keçirən xüsusi təyinatlı avtonəqliyyat vasitələrinə GSM/GPS treker qurğusunun quraşdırılması təmin edilmiş və hazırda maşınların qrafik üzrə hərəkəti izlənilir. Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin və Kommunal Kombinatı Müəssisəsinin müraciəti əsasında şəhər İcra Hakimiyyətinin sifarişi ilə yeni tullantı qutuları alınmışdır. Yaz-yay mövsümü ilə əlaqədar yaşıllıqların qorunması, onlara aqrotexniki qulluq göstərilməsi və suvarılmasının vəziyyəti ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin xidməti ərazilərində mütəmadi monitorinqlər aparılmışdır. Şəhər ərazisində ağacların (şam, sərv və s.) kütləvi quruması və bioloji inkişafdan qalması hallarının araşdırılması məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmış, müraciət əsasında nazirliyin aidiyyəti nümayəndəsi tərəfindən şəhər ərazisində araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq verilmiş rəydə ağacların quruma səbəbləri ilə yanaşı qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığı, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğu, həmçinin onların operativ olaraq kəsilib götürülməsi və utilizasiya olunması tövsiyə edilmişdir. Şirvan şəhərinin prospekt, küçə, xiyaban, meydan və istirahət parklarında ağacların, gül və bəzək kollarının qorunması, onlara qulluq edilməsi və suvarılması işinə gündəlik diqqət göstərilir. Şirvan Şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən yay aylarının isti və quraqlıq keçməsi nəzərə alınaraq, yaşıllıqların gündəlik suvarılması və onlara qulluq göstərilməsi müntəzəm davam etdirilir. Bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə Yaşıllaşdırma Təsərrüfat İdarəsinin balansında olan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinə GSM/GPS treker qurğusunun quraşdırılması təmin edilmiş, yaşıllıqların suvarılmasının qrafikə uyğun olaraq aparılması barədə Yaşıllaşdırma Təsərrüfat İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilərək, su maşınlarının hərəkət qrafiki xüsusi nəzarətdə saxlanılır. Sonra müzakirələrdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva və digərləri şəhərdə sosial-iqtisadi, ictimai-siyasi sahədə görülmüş işlərdən danışaraq, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə