Azərbaycanla Mərkəzi Asiya Dövlətləri arasında əlaqələr inkişaf etməkdədir
Tarix: 18-09-2023 | Saat: 17:17
Bölmə:Özəl | çapa göndər
Hazırda Azərbaycanın xarici siyasətində türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqun mövcud olduğunu önə çəkərək bildirir ki, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq. Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Bunu daha da fəallaşdırmaq vacibdir.
Dövlət başçısı İlham Əliyev hər zaman türk dünyasına bu çağırışı edirdi ki, biz birlikdə güclüyük. Türkdilli dövlətlərin birliyi vacibdir. Dünya Azərbaycan-Türkiyə əməkdaşlığının yüksələn xətlə inkişafında bu birliyin nümunəsini görürdu. İki dost, qardaş ölkə biri-biri ilə sıx tellərlə bağlıdır. Tarixə qısa nəzər salsaq görərik ki, 30 il ərzində iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi hər zaman davam etdirilib. Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermənistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış münaqişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmişdir. Azərbaycan dövləti və xalqı 44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini yüksək qiymətləndirir.
Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti nəticəsində həqiqətlərimiz əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə iki ölkənin diaspor təşkilatlarının birgə keçirdikləri aksiyalar ölkəmizdə böyük rəğbətlə qarşılandı. Dünyanın müxtəlif ölkələrində təşkil olunan bu aksiyalarda ermənilərin yalanları həqiqətlərimizlə cavablandırılır, 44 günlük Vətən müharibəsinin başlanmasında Ermənistanın yeni ərazilər uğrunda hazırlandığı müharibə planlarını həyata keçirmək cəhdinin dayandığı bir daha bəyan edildi.
Tarixi Zəfərimizin reallıqları münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsini bir zərurətə çevirdi. Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı kimi dəyərləndirilən 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bu fikri böyük inamla qeyd etmişdir ki, atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.
44 günlük İkinci Qarabağ müharibəsinin hər anını Azərbaycan xalqı ilə birgə yaşayan Türkiyə xalqı tarixi Zəfərimizin yaratdığı reallıqların həyata keçirilməsində də eyni dəstəyi göstərirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Qarabağa ilk səfər edən dövlət başçısıdır. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının dünyaya açılmasında iki qardaş ölkənin prezidentləri birgə iştirak etdi.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025