Mobil versiya
Rəşad Dağlının oğlundan atası ilə bağlı PAYLAŞIM
Tarix: 14-08-2023 | Saat: 09:53
Bölmə:Şou-biznes | çapa göndər

Rəşad Dağlının oğlundan atası ilə bağlı

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı paylaşım edib.

aia.az xəbər verir ki, sosial şəbəkə hesabında video yayımlayan Yusif "Ata, sən həmişə mənim arxa dayağım oldun. İndi mən sənin görən gözün,danışan dilinəm" sözlərini yazıb.

Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Əmirov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./olay

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024