Bir müsahibə, 4 mesaj
Tarix: 04-08-2023 | Saat: 14:26
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibə avqustun 1-də “Euronews”da yayımlanıb. Ölkəmizin başçısının ona ünvanlanan suallara aydın və konkret, eyni zamanda qətiyyətli cavabları siyasi gündəmdə müzakirə mövzusuna çevrilib. Çünki müsahibədə 44 günlük müharibədən sonrakı dövrdə baş verən bütün məsələrə toxunulmaqla yanaşı, azərbaycanın gələcək addımları da hərətərfli izah edilib. Xüsusən Qarabağda cərəyan hadisələrə münasibəti birmənalı olan cənab Prezident Azərbaycan xalqının iradəsini bir daha ifadə etmişdir. Müharibədən sonra qalib Azərbaycan sülh sazişinin imzalanmasını təklif edib. Sülhün də şərtləri ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləri olduğu məlumdur. İndi sual etmək yerinə düşər ki, bu prinsiplərin hansı və niyə ermənistanı, eləcə də onun havadarlarını qane etmir? Necə olur ki Azərbaycanın qanuni haqlarını belə Beynəlxalq Ədalət Məhkəməsinə daşıyanlar daha hansı ədalətdən danışırlar?
Əlbəttə ki, ermənilərin absurd, heç özlərinin də mahiyyətini qanmadıqları bir “ədalət” mövcuddur ki, onu da heç bir millət və dövlət qəbul etməz.
Ermənistan Azərbaycandan Azərbaycan ərazisinə yol istəyir, amma Azərbaycana Azərbaycan ərazisi olan Naxçıvana yol vermir. Qarabağdakı bir ovuc erməni üçün tələb edilənlər nə üçün naxçıvan əhalisinə də tələb olunmur? BQXK ermənilərə yengəlik edib silahlarını humanitar yük adı altında daşıyırsa, qaçaqmalçılıq üçün yaşıl işıq yandırırsa günahkar kimdir? Bu və digər suallar çoxdur.
Cənab Prezident İlham Əliyev də bu suallara cavab istəməklə Azərbaycan xalqının haqlı tələbini ifadə etmişdir: “Biz işğal zamanı heç bir şey edə bilmirdik, lakin müharibə başa çatdıqdan sonra aydındır ki, bu fəaliyyət dayandırılmalı idi və dayandırıldı. Sonra isə noyabrda həmin iş yenidən başladı. Vətəndaş cəmiyyətinin nümayəndələri rus sülhməramlılarından xahiş etdilər ki, mədənlərdə nəyin baş verdiyini görmək üçün orada monitorinq keçirsinlər. Biz gördük ki, dəmir və qızıl filizi yük maşınlarında rus sülhməramlılarının müşayiəti ilə Qarabağdan Ermənistana daşınır. Həmin yerə getmək hüququmuz təmin edilmədi və beləcə vətəndaş cəmiyyətimizin nümayəndələri yola nəzarət etməyə başladılar. Amma yenə də yol bağlı deyildi. O, tam azad idi və hərəkət azad idi.”
Sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan ermənistan sadəcə bəyanat verməklə kifayətlənir. Bu bəyanatları kağız üzərinə köçürüb imzalamaq isə yada düşmür. Bu da sülh prosesində başlıca əngəl olaraq qalır. Digər tərəfdən Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi, onun-bunun əlində alətə çevrilməsi regionda daim təhlükəli vəziyyətin qalmasına səbəb olur.
“Biz onlara seçim hüququ veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları olaraq, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Hesab edirəm ki, bu, legitim yanaşmadır. Bu yanaşma beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur. İndi biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə nəyə görə bizim separatizmə qarşı mübarizəmizə fərqli yanaşma sərgilənir? Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”-deyən ölkə başçısı ermənilərə 3 mesaj çatdırır. Birincisi, biz sülh istəyirik. “Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur.”
İkincisi, bizimlə dinc yanaşı yaşamaq istəməyən bu ərazilərdən bəri başdan getsə daha yaxşı olar. “Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxdı. İndi onlar yeni təhlükəsizlik qarantları axtarırlar. Kim bu ərazidə döyüş meydanında Azərbaycanla qarşıdurmaya hazırdır, xüsusilə bizim müharibə zamanı nümayiş etdirdiklərimizdən və müharibədən sonra müdafiə imkanlarımızı artırdığımız bir vaxtda? Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı?”
Üçüncüsü, “Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.”
Dördüncüsü isə odur ki, cənab Prezident Qarabağdakı ermənilərə normal yaşamaq imkanı təklif edərək bir daha sözünün ağası olduğunu xatırlatmışdır:” Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.”
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025