Hansı banklar bağlana bilər? - AÇIQLAMA
Tarix: 31-07-2023 | Saat: 15:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Yanaşmamız ondan ibarətdir ki, kommersiya banklarının bağlanmasındansa, onların sağlamlaşdırılması və bir sıra hallarda birləşdirilməsi həyata keçirilsin. Çünki banklar müflis olan zaman orada sığortalanmayan əmanətləri olan vətəndaşlarımız ziyan çəkir".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat deputat Vüqar Bayramov deyib. O bildirib ki, bank sektoruna inam baxımından da onların müflisləşməsi deyil, birləşdirilməsi vacibdir:
"Banklarda təmərküzləşmə meyllərinin minimumlaşdırılması, xüsusilə, aktivlərin bölgüsünün daha proporsional aparılması vacibdir. Bu gün bank sektorunda aktivlərin 60 faizdən çoxu 3 banka məxsusdur. Bu da təmərküzləşmə səviyyəsinin yüksək olduğunu göstərir. Ona görə də sistem əhəmiyyətli banklarla yanaşı orta mövqeli və ya nisbətən kiçik hesab olunan bankların da sektorda payının artırılması istiqamətində işlər görülməlidir.
Son bir ildə Mərkəzi Bank tərəfindən bu istiqamətdə addımlar atılır. O cümlədən, məcburi öhdəliklərlə bağlı yanaşma və digər alətlərdən istifadə olunması aktivlərin həcminə uyğun olaraq qaydaların və ya dərəcələrin müəyyənləşdirilməsinə imkan yaradır. Burada məqsəd təmərküzləşmə meyllərini minimumlaşdırmaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət daha intensiv olmalıdır ki, bankların yenidən müflis olmasını müşahidə etməyək".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024