Professor Buludxan Xəlilov: Ağbaba Ruhunun Elmi Vüqarı
Tarix: 23-10-2025 | Saat: 11:53
Bölmə:Karusel / Manşet / Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Hər bir böyük şəxsiyyətin ruhunda doğulduğu torpağın əzəməti, suyunda çimdiyi çayın səsi, seyr etdiyi dağların vüqarı yaşayır. Filologiya elmləri doktoru, professor Buludxan Əziz oğlu Xəlilovun xarakterindəki o sarsılmaz iradə, elmindəki o dərinlik də məhz bu cür bir məkandan – Qərbi Azərbaycanın Ağbaba mahalından, Amasiya rayonunun dəniz səviyyəsindən 2140 metr hündürlükdə yerləşən Ellərkənd kəndindən qidalanmışdı.
Ellərkənd... Kiçik, cəmi 70 evlik bu kənd, sanki nəhəng bir dağ məktəbi, müdriklik ocağı idi. O, Ağbabanın sərt, lakin bərəkətli təbiətinə xas bir şəkildə, yüksəklərdə yerləşirdi. Bir tərəfindən Arpa çayı axır, digər tərəfdə isə ətrafına sərinlik yayan Arpa gölü uzanırdı. Qürurverici coğrafiyası həm də onun qapısı idi – kənd birbaşa Türkiyə ilə sərhəddə yerləşir, qədim Türk yaddaşının qorunduğu bir nəfəs kimi tarixə dayanırdı.
Bu dağlıq yurdun mənəvi atmosferi isə sazın və sözün sehrindən yoğrulmuşdu. Buludxan Əziz oğlu Xəlilovun uşaqlığı Ağbabanın məşhur saz-söz ustadı Aşıq İsgəndər Ağbabalının ifasında dastanları və el havalarını dinləməklə, sazın sehrinə dalıb minbir xəyal qurmaqla keçmişdi. Məhz bu sazın tellərindən gələn qüdrətli səs, sonralar onun həm dilçi, həm də ədəbiyyatşünas kimi yetişməsinin, sözə olan ilahi bağlılığının təməli oldu.
Buludxan Xəlilovun yaddaşının və dilinin formalaşdığı mühit məhz bu yerlərin özünəməxsus adları ilə yoğrulmuşdu. O, uşaqlığını Abdullanın bulağı, Qara bulaq, Südlü bulaq kimi saf bulaqların suyundan içməklə, Böyük Güney, Kolluy, Cüt təpə, Düz çayır kimi əkin və biçənəklərdə at oynatmaqla keçirmişdi. Elləzoğlunun arxacı, Qara arxac, Qalaça, Maral qayası kimi kəndin yaddaşını yaşadan toponimlər bu alimin kökünü, vətən sevgisini, el ruhunu təşkil edən coğrafi-mənəvi pasportu idi.

Buludxan Xəlilovun ağayana duruşu və ağayana danışığı təsadüfi deyildi, kökdən gələn bir mirasın daşıyıcısı idi. Onun babaları vaxtilə Gümrü şəhərinin varlı-hallı ağalarından olmuşlar. Babası Xəlil ağanın Gümrüdəki "krepost" adlanan ərazidəki qışlaları (indi burada Rusiyanın 102-ci hərbi bazası yerləşir) onun var-dövlətinin və nüfuzunun göstəricisi idi. Lakin Sovet hökumətinin kolxoz quruculuğu və ermənilərin Gümrüyə yerləşdirilməsi siyasəti Xəlil ağadan da yan keçməmişdi. Bütün mülkiyyəti əlindən alınmış, o isə öz ailəsi ilə birgə Ağbabanın uca zirvəsindəki Ellərkəndə sürgün edilmişdi.
Qeyd edək ki, Buludxanın mənsub olduğu nəsil Ellərkənddə "Gümrülülər tayfası" kimi tanınırdı. 12 nəsildən, yaxud tayfadan ibarət olan bu kənddə Gümrülülər tayfasının böyük nüfuzu vardı. Bu qürur və ağalıq ruhu, haqsızlıq qarşısında əyilməyən o xarakter Buludxan Xəlilova nəsillərdən keçən ən böyük miras olmuşdu.

Buludxan Xəlilov da bu uca zirvələrin övladı kimi, bədii təfəkküllə elmi dərinliyi özündə birləşdirən nadir bir şəxsiyyət kimi yetişdi. Amasiyadan başlayan bu yol onu Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki ADPU) gətirdi. 1999-cu ildə filologiya elmləri doktoru adını alarkən cəmi 33 yaşı vardı – bu, Azərbaycan elmində nadir rast gəlinən bir uğur idi.
Hər hansı bir görkəmli və bütöv şəxsiyyət haqqında yazmaq, söz demək xüsusi məsuliyyət hissi, yüksək vətəndaşlıq mövqeyi tələb edir. Professor Buludxan Xəlilov bu ucalığa boyla-buxunla deyil, əməli fəaliyyəti və cəmiyyətə verdiyi fayda ilə yüksələn, əbədi xatirə qazanmış millətin böyük övladlarındandır. Onun şəxsiyyət bütövlüyünün əsas meyarı vətənə və xalqa sonsuz məhəbbəti idi. Filologiya elmləri doktoru, professor Ədalət Fərəcovun dediyi kimi: “Görkəmli ziyalı olmaqla bərabər Buludxan müəllimin vətəndaş mövqeyi də təqdirəlayiqdir.”
Buludxan müəllim haqqında yazanda isə heç vaxt sözün arxasınca düşüb, vaxtımı söz axtarışına sərf etmirəm. Çünki söz özü mənimlə həmsöhbət olmağa, fikirlərimə, düşüncələrimə cani dildən bələdçilik etməyə can atır. Bax budur istedad və şəxsiyyətin vəhdətindən yaranan görkəmli şəxsiyyət ucalığına düşən təbii işıq.
Şair Əziz Axundlunun Buludxan müəllimə həsr etdiyi şeirdəki poetik ifadə bu şəxsiyyətin ucalığına düşən təbii işığı təsvir edir:
Nurlanır, min ildə yanacaq hələ,
Camalı, kamalı, amalı – işıq.
Bir alim ömrüylə verib əl-ələ,
Bir insan ömrünə töhvəsi – işıq.
Professor Buludxan Xəlilovun elmi ictimaiyyətdəki yeri unikal və əvəzsizdir. O, Müstəqil Azərbaycanımızın dilçilik, ədəbiyyatşünaslıq sahəsinin tanınmış simalarından biri kimi öz dəst-xətti, öz yaradıcılıq yolu ilə qənimət alimlərimizin birincilər sırasındadır. Onun haqqında deyilən bir fikir var idi: "Yaşı ilə gördüyü işlər arasında fərq çox böyükdür. Müdrik ağsaqqal təsiri bağışlayan bu cavan alim tarixiliklə müasirlik arasında öz qalasını qurmuşdu, ətrafa gur işıq saçan mayak kimi."

Buludxan Xəlilovun yaradıcılığının əsas hədəfi qətlə yetirilmiş, unudulmuş türkologiya ustadlarının xatirəsini və elmi irsini dirçəltmək idi. Onun "Birinci Beynəlxalq Türkoloji qurultay" (1999) və "Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri)" əsərləri repressiya qurbanı olmuş Bəkir Çobanzadə, Xalid Səid Xocayev kimi şəxsiyyətlərə ithaf edilən mənəvi abidələr idi. Bu əsərlər dilçilik elminin keçdiyi ağır və acınacaqlı günlərinə işıq saldı, haqqı tapdanan, ömürləri doğranmış ustadlarının ruhunu sevindirdi, onları yad etdi. O, Bəkir Çobanzadə kimi məşhur simaların elmi yaradıcılıq xidmətlərinin mahiyyət və məziyyətlərini yenidən tədqiq etdi və açılmamış qatlarını üzə çıxardı.
Akademik Afad Qurbanovun bu barədə dedikləri professorun missiyasını tam əks etdirir: “Bizim ondan (Bəkir Çobanzadədən) əxz etdiklərimiz vasitəsilə yeni nəslin qəlbinə enmiş, orada isti bir məhəbbət yuvası qurmuşdur.” Buludxan Xəlilov məhz Afad Qurbanovun dediyi həmin tələbələrdən biri idi.
Professor Buludxan Xəlilov son dərəcə məhsuldar və zəhmətkeş alim idi. Ömrünün sonuna qədər 52 kitab nəşr etdirmiş, 200 kitab və proqramın elmi redaktoru olmuş, yüzlərlə elmi və publisistik məqalə ilə çıxış etmişdir. Onun dərslikləri – “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya,” “Müasir Azərbaycan dilinin morfologiyası,” “Müasir Azərbaycan dilinin leksikologiyası” – müasir dövrün elmi zərurətləri kontekstində yazılıb, ali məktəblərdə tədris edilir. Dilçilik elminin onomastika, etimologiya, dialektologiya bölməsinin çətin və aktual problemlərinin həlli istiqamətində Buludxan Xəlilovun gördüyü işləri yeni dövr dilçilik tarixinin ilkinlərindən saymaq olar.

Bundan əlavə, Buludxan Xəlilov həm də dəyərli ədəbiyyatşünas idi. “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” monoqrafiyasını, “Mirzə İbrahimovun yaradıcılığında dil və ədəbiyyat dərslərinə münasibət,” “Səməd Vurğunun yaradıcılığında dil məsələləri” kimi məqalələrini də buna misal göstərmək olar.
Akademik İsa Həbibəyli yazır: “Çoxaspektli araşdırmalar və professionallıq Buludxan Xəlilovun dilçilik elmindəki fəaliyyətini xarakterizə edir... Bütün bunların sayəsində Buludxan Xəlilovun timsalında Azərbaycan dilçilik elmi bütün əsas sahələri ilə inkişaf etməkdə davam edir.”
Onun dilin mahiyyəti haqqındakı kəlamları sadəcə dilçi tezisləri deyil, müdrik bir filosofun milli ruhun daşıyıcısı olan dilə münasibətidir:
"Dil bir qəsr deyil, abidə deyil ki, onu qoruyasan. Dilin keşiyində dayanmaq, qorumaq üçün düzgün danışmaq lazımdır."1
"Şifahi dildə danışan insanlar şifahi dilin qayda-qanunlarını, yazılı dildə isə yazılı dilin qaydalarını qorumalıdır."2
"Dil qədər özünü qoruyan varlıq yoxdur, o özü-özünü qoruyur. Dil elə təbii ictimai varlıqdır ki, özünə ziyan gətirənləri çirkab kimi kənara atır."3
"Dünyada saf dil yoxdur, elə dil tapılmaz ki, lüğət tərkibi saf sözlərdən ibarət olsu4n."
"Azərbaycan dili zənginləşən bir dildir, dilə yeni sözlər gəlməlidir."
"Dil özü seçim aparır, o təbii şəkildə inkişaf etməlidir."
"Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur."

Bu proqram ifadələri – kəlamları istənilən xalq öz dilinin inkişafı, tərəqqisi üçün istifadə və tədris edə bilər, müdriklik elə budur.
Buludxan Xəlilovun fəaliyyəti yalnız universitet auditoriyaları ilə məhdudlaşmırdı; o, ölkənin elmi və ictimai həyatında fəal rol oynayırdı:
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs Komissiyasının üzvü idi.
Ali Attestasiya Komissiyasının (AAK) filologiya ixtisası üzrə Ekspert Şurasının üzvü olmuşdur (2003-2004, 2013-cü ildən).
2006-cı ildə ölkədə təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
“İlin Alimi” (2001), Azərbaycanın gənc alimləri Beynəlxalq layihəsinin qalibi (2003) olmuşdur.
“Qızıl qələm” fəxri mükafatı laureatı (2004) və XXI əsrin ziyalısı adına layiq görülmüşdür (2006).
KIBATEK Akademik Üyesi diplomunu almışdır (Türkiyə, 2009).
Prezident Təqaüdçüsü idi (Yazıçılar Birliyinin üzvü kimi, 2011-ci ildən).
“Xalqın nüfuzlu ziyalısı” mükafatına layiq görülmüşdür (2011).
Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir (2014).
Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilmişdir (2015).
2015-ci ilin mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına və AMEA-nın “Türkologiya” jurnalının redaksiya heyətinə üzv seçilmişdir (2015-2016).
TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif” medalı ilə təltif edilmişdir (2017).
“Əməkdar müəllim” fəxri adı və “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Professor Buludxan Xəlilovun fəaliyyətini səciyyələndirən ən parlaq xüsusiyyətlərdən biri onun dostluqda səmimi və etibarlı olması idi. Dostu, jurnalist İbrahim Ömərovun vaxtsız vəfatı onu ildırım tək vurmuşdu. O, qəlbinə çökmüş acı kədəri və nisgili dostuna həsr etdiyi “Gələrsən” adlı şeirində poetik dillə ifadə etmişdi:
Gözləyirəm, gözüm üstə yerin var,
Günəş doğub qızaranda, qayıt gəl!
Qış ötüşüb, yetişməmiş ilk bahar
Boz ay gülüb bozaranda, qayıt gəl.
O, bununla kifayətlənməyərək, dostunun xatirəsini əbədiləşdirmək üçün yaxınlarının, dostlarının xatirələrini topladı və “Ağlın zirvəsində sönən bir çıraq” adlı kitab nəşr etdirdi. Bu, bir dostun digər dostuna ucaltdığı əbədi, mənəvi abidə oldu.
Bir zamanlar tələbə kimi sevinclə daxil olduğu Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinə illərdir ki, rəhbərlik edir, səmərəli elmi-təşkilati işlərin formalaşmasında misilsiz xidmətlər göstərirdi.

Alimlərin Buludxan Xəlilov şəxsiyyəti və yaradıcılığı haqqında ümumi qiymətləndirmələri və rəylərində vurğulanan əsas məsələlər belədir:
• Yaşı və əməli arasındakı fərq: "Buludxan müəllimin yaşı ilə gördüyü işlər arasında fərq çox böyükdür. Müdrik ağsaqqal təsiri bağışlayan bu cavan alim tarixiliklə müasirlik arasında öz qalasını qurmuşdu, ətrafa gur işıq saçan mayak kimi."
• İstedad və şəxsiyyətin vəhdəti: O, "isteadad və zəhmətin hesabına yüksələn, şüurlu ömrünü, fəaliyyəti və sənəti ilə xalqına həsr edən" şəxsiyyət kimi təqdim olunur.
• Türkologiya və repressiya qurbanlarının irsi: Onun yaradıcılığı türkologiyanın "qətlə yetirilmiş" ustadlarının xatirəsini və elmi irsini dirçəltmək, dilçilik elminin ağır günlərinə işıq salmaq baxımından əvəzsiz qiymətləndirilir.
• Müəllimlik və alimlik harmoniyası: Filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Yusifovun "Buludxan Xəlilov: Elmin və şəxsiyyətin harmoniyası" kitabında qeyd olunur ki, Buludxan müəllim "elmi və pedaqoji fəaliyyətində ahəngdarlığı, tarazlığı qoruya bilir, onlardan birini digərindən üstün tutmur, alimliyi və müəllimliyi bir-birindən ayırmır."

Buludxan Xəlilov həm bədii yaradıcılığında, həm elmində, həm də fəaliyyətinin bütün sahələrində əsl müəllim idi. O, bu adla iftixar etməklə yanaşı, cəmiyyətdə yüksək nüfuz məqamında olmasına xidmət edirdi. Onun ömrü sanki şam kimi əriyib tələbələrinin ömrünə qarışırdı. O, 2007-2008-ci tədris ilində ADPU-da “İlin müəllimi,” 2011-ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdu.
Ağır xəstəliklə mübarizə apardığı bir vaxtda belə, 22 il əvvəlki tələbəsinin ona zəng edib narahatlığını ifadə etməsi, müəllim adının müqəddəsliyinə olan inamı təsdiq edən bir mənəvi lütfkarlıq idi. Abdulla Şaiqin kəlamı professorun həyat fəlsəfəsinin açarı idi: "Yüksəlmək, həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə, özünü deyil, başqalarını yaşatmağa çalış! Zira ki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır?!" Buludxan müəllim də beləcə yaşayanlardan olduğu üçün xoşbəxt idi.
Professor Buludxan Xəlilov dərin Ağbaba köklərindən ucalan, elm və hikmətinin nurunu saçan bir bütöv şəxsiyyət idi. 2021-ci il sentyabrın 27-də onun vaxtsız vəfatı Azərbaycan elmi üçün ağır itki olsa da, qurduğu "qala," yetişdirdiyi tələbələr və türkologiyaya bəxş etdiyi yüzlərlə dəyərli əsər əbədi yaşayır.

Onun nəşinin Bakı torpağına tapşırılmasına baxmayaraq, ruhu hələ də uca Ağbabanın qarlı zirvələrində, Cinli bulağın, Sərin bulağın başında, Böyük Güneyin ətəklərində, Böyük Ağbaba dağının zirvəsindədir.. Professor Buludxan Xəlilov itirilmiş yurd yerlərimizin mənəvi ruhu, o torpağın ölməz yaddaşıdır.
Buludxan Xəlilovun işığı Azərbaycan elminin və milli düşüncənin məbədində əbədi məşəl olaraq yanmaqdadır, ürəklərdə isə Ağbaba yurdunun qəhrəman ruhu kimi yaşayır.

Şəmsi QOCA
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər