Mobil versiya
6 milyard dollar İrana qaytarılır
Tarix: 29-06-2026 | Saat: 14:39
Bölmə:İdman | çapa göndər

6 milyard dollar İrana qaytarılır

İran və Qətər əmirlikdə olan 12 milyard dollarlıq (20 milyard 400 milyon AZN) İran aktivlərinin 6 milyard dollarının (10 milyard 200 milyon AZN) blokdan çıxarılması barədə razılığa gəliblər.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın Mətbuat xidməti məlumat yayıb.

“Əldə edilmiş razılığa əsasən, Qətərdə olan 12 milyard dollarlıq İran vəsaitlərinin ümumi məbləğindən 6 milyard dollar blokdan çıxarılacaq və ölkəyə qaytarılacaq. Həmçinin bu vəsaitlərin qalan hissəsinin qaytarılması istiqamətində zəruri işlər davam etdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ-nin Qətərlə birlikdə İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə mexanizmi üzərində işlədiyi barədə xəbərlər yayılmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026