Mobil versiya
Sıla Türkoğlundan iddialara cavab: “Serialdan qonorara görə ayrılmamışam”
Tarix: 29-06-2026 | Saat: 12:00
Bölmə:Özəl | çapa göndər

Sıla Türkoğlundan iddialara cavab: “Serialdan qonorara görə ayrılmamışam”


Sıla Türkoğlu ilə bağlı son günlər gündəmdə olan iddialara aktrisanın meneceri vasitəsilə rəsmi aydınlıq gətirilib.

Açıqlamada bildirilib ki, Sıla Türkoğlunun Kızılcık Şerbeti serialından ayrılması maddi səbəblərlə bağlı olmayıb. Menecer vurğulayıb ki, bu qərar aktrisanın peşəkar prinsipləri və rahat iş mühitinə üstünlük verməsi ilə əlaqədar qəbul edilib.

Bəyanatda qeyd olunub:

“Sıla Türkoğlunun layihədən ayrılması, iddia edildiyi kimi, heç vaxt qonorara görə olmayıb. Bu, tamamilə peşəkar prinsipləri və sağlam iş mühitində çalışmaq istəyi ilə bağlı şəxsi seçim idi.”

Həmçinin bildirilib ki, həmin dövrdə tərəflər əməkdaşlığa qarşılıqlı hörmət və təşəkkür şəraitində son qoyublar.

Açıqlamada diqqətə çatdırılıb ki, aktrisa üçün sonrakı layihəsinin cəmi altı bölüm davam etməsinə baxmayaraq, rahat və sağlam iş mühiti maddi məsələlərdən daha önəmli olub.

Müzakirələr prodüser Faruk Turgutun jurnalist İzzet Çapaya verdiyi müsahibədə Sıla Türkoğlunun serialdan aldığı qonorarı az hesab etdiyi üçün layihədən ayrıldığını iddia etməsindən sonra başlayıb. Türkoğlu tərəfi isə bu iddianı qəti şəkildə təkzib edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-06-2026