Mobil versiya
"Xəbərim yox idi qazılan quyulardan, murdar iftiralardan" - Brilliant Dadaşova
Tarix: 26-07-2023 | Saat: 18:00
Bölmə:Şou-biznes | çapa göndər

"Xəbərim yox idi qazılan quyulardan, murdar iftiralardan" -

"Mən anasız böyümüş, gözəgəlimli, bir az sevimli, mahnılar oxuyanam. Bəzən mükəmməl, bəzən kaprizli, bir az yaramaz... Birdən gördüm gözlər üzərimdədir. Elə bildim böyümüşəm, artıq tale öz əlimdədir. Alçaqlardan, düzüb, qoşulan iftiralardan xəbərim yox idi. Tikdikləri torbalardan, atılacaq palçıqlardan xəbərsiz idim".

aia.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb. Müğənni ona şər atıldığını, yaşadıqlarını qeyd edib:

"Xəbərim yox cılız xislətli insanların murdar əməlindən, qazılan quyuların təməlindən. Elə bilirdim güc yalnız bizi qoruyan qayalardadır. Qayaların üstündə gəzməkdən dizlərim qəlbim kimi kimi hər zaman qanlı, yaralı olub. Ağacların başına dırmaşmaqdan başım daima bəlalı olub. Uşaqlıqdan Xəzərin dalğalarının əksinə üzdüyüm vərdişimlə dırnağımla, dişimlə gücə qüvvəyə sinə gərməyə alışdım. Ömürboyu alın tərimlə, sənətimlə çalışdım. Bu minvalla dünyanı dolaşdım. Dərə, təpə çətinlikləri ruhumun gücüylə aşdım".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024