"Sübut etdim ki, mən bu səhnəyə lazımam" - MÜSAHİBƏ
Tarix: 13-07-2023 | Saat: 15:56
Bölmə:Şou-biznes | çapa göndər
Ləman Əliyeva: “Özümü toy müğənnisi kimi görmürəm”
Adalet.az səhnəyə yeni addımlarını atan gənc ifaçı Ləman Əliyeva ilə müsahibəni təqdim edir.
-Səhnəyə yeni addımlarınızı atırsınız. Təbii ki, bir işə yeni başlayan hər kəsdə çətinliklər olur. Hansı çətinliklərlə üzləşmisiniz?
-Hər kəs kimi mənim də çətinliklərim olur. Düşünürəm ki, bu, çox normal haldır. Məşhur olmaq istəyirəmsə qarşılaşdığım çətinliklərə dözməliyəm. Klip çəkilişlərində, mahnı seçimlərində və maddi məsələlərdə çətinliklər heç də təəccüblü deyil. Amma düşünürəm ki, mən zəhmətimlə və sənətimlə bütün çətinlikləri aşmalıyam.
Çətinliklə qazanılan hər şey gözəl olur. İnsan çətin qazandığı uğuru asan itirmək istəmir. Ona görə də qazandığı uğuru, zirvəni daim qorumağa çalışır. Yəni çətinliklər məni qorxutmur.
-Kimləri dinləyirsiniz? Dinlədiyiniz ifaçıların sizin sənətinizə nə kimi təsiri olur?
-Çox sevdiyim sənətçilər var. Hansı ki, daim dinləyirəm. Onlardan nələrsə öyrənmək mənim üçün xoş olur. Çünki onlar artiq səhnədə öz sözünü demiş sənətçilərdir. Mən də istəyərəm ki, səhnədə öz yerini tutmuş bir sənətçi olum. Daim bunun üçün çalışıram. Və inanıram mən bacaracam. İnsan uğur qazanacağına inanmalıdır. İnam olmadan heç bir uğura sahib olmaq mümkün deyil. Bacaracağına inanıb uzun bir yola çıxmaq insana yaşamaq həvəsi gətirir…
-Estrada janrında ifa edirsiniz və vokal dərsləri alırısnız... Ləman xanım özünü daha çox hansı istiqamətdə uğurlu ifaçı hesab edir?
-Bəli, bildiyiniz kimi hazırda estrada janrında ifa edirəm və eyni zamanda vokal dərsləri alıram. Sənətimi çox sevirəm. Bu sənətdə səsimə güvənərək çox şey edə biləcəyimi düşünürəm.
Mənim hansı istiqamətdə daha uğurlu olmağım zamana bağlıdır. Fikrimcə, bunu zaman göstərəcək. Hətta ola bilər ki, mən bir başqa janrda daha uğurlu ifa edə bilərəm. Niyə də olmasın ? Əgər bir işi bacarıramsa onu niyə etməyim ki?
-Gənc ifaçı kimi səhnəyə nə kimi yeniliklər gətirməyi düşünürsünüz?
- Yeni layihələrimiz ar. Ümid edirəm ki, o işlər sənətimdə mənə uğur qazandıracaq. Orta səviyyəni heç vaxt qəbul etməmişəm. Mənim üçün ya yuxarı olmalıdır, ya da heç olmamalıdır. Mən zəhmətimlə, komandamın köməyi ilə və dostlarımın dəstəyi ilə yuxarı pillələrə ucalmaq istəyirəm.
Zirvələrə çatmağın əsas yolu isə zəhmətdən keçir.
Çalışacam ki, səsimlə, istedadımla illərdir səhnələrdə dolaşıb, bir iş görməyən müğənnilərə örnək olum. Səsi olmayıb özünə müğənni deyənlərə əsl sənət göstərəcəm. Səhnə sənət göstərmək üçündür. Arzulayıram ki, bütün müğənnilər səhnədə yalnız və yalnız sənət göstərsinlər.
-Yeni klipiniz işıq üzü gördü. Bu klipin ərsəyə gəlməyi sizin üçün çətin olmadı ki?
- Siz yəqin ki, Fəqan Səfərovla ifa etdiyimiz “Mashup”u deyirsiniz. Ancaq digər işlərimiz də var. Bu klipdə zəhməti keçənlər çoxdur. Yəni böyük komanda ilə çalışırıq.
Layihə rəhbəri və rejissor DJ. Roşhska, produsser Aytən Əliyeva, piar meneceri Həmzə Məmmədli, musiqi dirketoru isə Səfər Zamandır.
Qarşıda böyük layihələrimiz var. Çətinliklə də olsa hamısını ərsəyə gətirməyə çalışırıq.
-Bilirsiniz ki, bu sənətin də özünəməxsus çətinlikləri var. Ona görə bəzən ailələr qızlarının müğənni olmağını istəmirlər. Sizdə necə oldu? ailənizi asanlıqla razı sala bildiniz?
-Bu mövzu mənim üçün çox həssas məqamdır. Çünki atam Birinci Qarabağ savaşında şəhid olub. Mən şəhid Məzahir Əliyevin qızıyam.
Anam bizi( bacımla məni) tək böyüdüb. Bizə həm ata, həm ana olmağa çalışıb. Artıq üç ildir ki, anam da dünyasını dəyişib.
Əlbəttə, bir çox müğənnilərin həyatında olduğu kimi mənim də oxumağım qəbul olunmurdu. Bununla bağlı çətinliyim olurdu. Amma mən öz istedadımla, zəhmətimlə, bacarığımla sübut etdim ki, mən bu səhnəyə lazımam. Müğənni olmaq uşaqlıq arzum idi.
-Gənc ifaçı kimi fikirləriniz maraqlıdır. Sizcə toylarda ifa etmək müğənninin səsinə və adına mənfi təsir edirmi? Yoxsa hər şey müğənnidən aslıdır?...
-Mən özümü toy müğənnisi kimi görmürəm. Özümü estrada janrında ifa edən səhnə müğənnisi kimi görürəm. Amma toy da el şənliyidir və bizim adətimizdir. Toy bir məktəbdir. Bu mənim şəxsi fikrimdir. Düşünürəm ki, toyda ifa etməyi bütün sənətçilər, ifaçılar bacarmalıdır.
Doğrudur , estrada janrda ifa edən müğənniyəm. Amma zamanla toylara da gedəcəm, el şənliklərində iştirak edəcəm. Düşünürəm ki, bunlar hamısı olmalıdır.
Fikrimcə, çətinlikləri görməsək zirvələri fəth edə bilmərik. Mən də bu çətinlikləri yaşamalıyam ki, gələcəkdə də öz uğurumu, öz zirvəmi, öz sənətimi uca tutum
-Yaxın gələcəkdə dinləyicilərinizə hansı yeni işlərinizi təqdim edəcəksiniz?
-Bayaq qeyd etdiyim kimi, yeni layihələrimiz var. Bizim böyük komandamız var .O komanda ilə birlikdə çalışırıq. Maraqlı işlərimiz olacaq. Ərsəyə gətirdiyimiz hər bir işi məni sevənlərə təqdim edəcəyik.
Sizə və kollektivinizə təşəkkür edirəm.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2024