Milli özünüdərkin tarixi
Tarix: 13-07-2023 | Saat: 10:03
Bölmə:Siyasət / Özəl | çapa göndər
XX əsrin II yarısı-XXI əsrin əvvəlləri Azərbaycan tarxinin ən görkəmli siması Ümummilli lider Heydər Əliyevdir. O, hələ sovet dövlətinin mövcud olduğu illərdə Dövlət Təhlükəsizlik Komitəsində leytenantdan generaladək yüksəlmişdir. Azərbaycan rəhbərliyinin I dövründə respublika xalq təsərrüfatını və mədəni quruculuğunu əsaslı surətdə yaxşılaşdırmaq siyasətini həyata keçirirdi.
Heydər Əliyevin respublikaya rəhbərlik etməsinin birinci dövründə (1969-1982) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində sürətli inkişaf dövrü olmuşdur. 1982-ci ilin noyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Büro üzvü seçilmiş, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. SSRİ kimi nəhəng bir dünya dövlətinin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Heydər Əliyev hakimiyyətə gələnə qəər Azərbaycanda milli kadrlar heç nəyi həll edə bilmir, Kremldən gələn tapşırıqların qeyd-şərtsiz icraçılarına çevrilirdilər. Tarixin bu anında siyasi arenada parlayan Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə başladı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürərək, ictimai şüurdakı qorxunu aradan qaldırdı və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılandı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yarada bildi. Bu baxımdan inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı.
Heyər Əliyev Azərbaycanda hakimiyyətə gələnə kimi bu respublika ucqar aqrar ölkə olaaq qalırdı. SSRİ-də baş verən güclü sənayeləşmə burada demək olar ki, hiss olunmurdu ki, bu düşünülmüş məkrli sovet siyasəti idi. 1969-cu ildən sonra Azərbaycan inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrildi.
İmperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, milli hərbi kadrların hazırlaması, 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilməsi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.
Ulu öndərimiz Heydər Əliyevin həmin dövrdə Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.
Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an Ulu Öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmamış, Onun ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələmişdi.
Zaman keçdikcə daha aydın şəkildə məlum olur ki, müstəqil və müasir Azərbaycanın memarı kimi Ümummilli liderimiz Heydər Əliyevin tariximizdəki yeri və rolu təkrarsızdır. Çünki dünya siyasətinin ən nəhəng simalarından olan Ulu Öndər ölkəmiz üçün ən mürəkkəb və keşməkeşli günlərdə yaranmış çox ağır vəziyyətlərdən çıxmağın ən düzgün, qüsursuz yolunu tapmağı bacardı. Heydər Əliyevi tarixdə bu uca mövqeyə, Ümummilli Lider səviyyəsinə yüksəldən, fəaliyyətini zamanlara sığmaz edən ən ali keyfiyyətlərdən birincisi doğma xalqına sonsuz bağlılığı, sevgisi və inamı idi.
Bu böyük tarixi şəxsiyyətin xalq, Vətən qarşısında xidmətlərini bir yazı ilə ifadə etmək çox çətindir. Çünki onun hər addımı, hər qərarı, hər imza atdığı sənəd mükəmməl bir konsepsiya olmaqla bərabər milli inkişafın, tərəqqinin əsasını təşkil etmiş, Azərbaycan xalqının azadlıq mübarizəsində qələbə qazanmasına müstəsna rol oynamışdır.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-01-2025