Mobil versiya
Gülər Sultanzadə: “Fransada baş verənlər prezident Makronun uğursuz siyasətinin nəticələridir”
Tarix: 04-07-2023 | Saat: 13:24
Bölmə:Özəl / Gündəm | çapa göndər

Gülər Sultanzadə: “Fransada baş verənlər prezident Makronun uğursuz siyasətinin nəticələridir”

“Bu gün bia birmənalı olaraq deyə bilərik ki, Fransa son 6 ildə özünün dövlətçilik tarixinin bəlkə də ən rüsvayçı dövrünü yaşayır. Əlbəttə ki, bu, ilk növbədə Emmanuel Makronun prezidentliyi ilə bağlıdır. Ötən dövrə hətta səthi baxış belə artıq bunu deməyə əsas verir ki, Makronun istər daxili, istərsə də xarici siyasətlə bağlı verdiyi qərarlar bir tərəfdən ölkə daxilində vəziyyətin gərginləşməsinə, xalqın kəskin etirazlarına yol açır, digər tərəfdən isə Fransanın beynəlxalq mövqelərinin ciddi şəkildə zəifləməsinə zəmin yaradır. Bir müddət bundan əvvəl Fransada pensiya yaşının artırılmasına qarşı etirazlarda Bordo bələdiyyəsinin binası yandırılması faktı bu ölkədə getdikcə artan gərginliyin, ictimai-siyasi destabilliyin növbəti bir nümayişi olmuşdu. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, yalnız bir gün ərzində ölkədə bir milyondan çox insan küçələrə çıxmış, özünü demokratiya və insan hüquq və azadlıqlarının daşıyıcısı kimi göstərməyə çalışan bu dövlətin polisi isə, paytaxtda nümayişçilərə sözün əsil mənasında divan tutmuşdu. Minlərlə etirazçı həbs olunmuş, yüzlərlə polis xəsarət almış, inzibati binalar, avtomobillər yandırılmışdı. Bununla yanaşı, minlərlə insanın iştirakı ilə Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi. Etirazların qəddarlıqla yatırılması ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Bütün bunlar aydındır ki, bilavasitə Makronun uğursuz siyasətinin nəticələridir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Partiya fəali fikirlərini davam etdirərək bildirib ki, Fransanın Azərbaycana qarşı tutduğu qərəzli, bəzən isə açıq-aşkar düşmənçilik mövqeyi bu ölkənin Cənubi Qafqazda gedən proseslərdən təcrid olunmasına səbəb olub: “Əslində Fransanın Azərbaycana qarşı qərəzli, sırf ermənipərəst mövqeyi bu ölkənin torpaqlarımızın işğal altında olduğu 30 il ərzində yürütdüyü siyasətdə də özünü göstərməkdə idi. Lakin xüsusilə son bir neçə il ərzində Fransa hökumətinin, eləcə də bilavasitə prezident Makronun xalqımıza qarşı saysız müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş erməniləri açıq-aşkar dəstəkləyən mövqeyi bu ölkənin Cənubi Qafqazda gedən proseslərdən təcrid olunmasına səbəb oldu. Fransa Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlandığı 30 il ərzində daima bu siyasəti yürütmüş, atdığı hər addımla erməni təcavüzünü dəstəkləmiş, ölkəmizin ərazi suverenliyinin bərpa olunmaması üçün əlindən gələni etmişdir. Üzərinə vasitəçilik öhdəlikləri götürmüş bir ölkə kimi, Fransanın bu dəstəyi, Ermənistanın təcavüzkar dövlət adlandırılmaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi xüsusunda rəsmi İrəvana heç bir təzyiqin göstərilməməsi işğalçı Ermənistanı daha da şirnikləndirmiş, bu ölkənin Azərbaycana qarşı daha böyük, daha dəhşətli cinayətlər törətməsinə yol açmışdır. Bu günlərdə isə, Makron Marsel şəhərində erməni diasporunun üzvlərinə verdiyi hesabat xarakterli açıqlamaları ilə Fransanı erməni lobbisinin əlində bir alətə çevirdiyini bütün dünyaya nümayiş etdirmiş oldu. Aydındır ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron öz məqsədlərinə nail ola bilməyib. Buna görə də Fransa prezidenti öz sifarişçilərinin qarşısında bəraət qazanmaq üçün absurd fikirlər səsləndirmək məcburiyyətində qalıb. Makronun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsinin hətta Ermənistan hökuməti tərəfindən belə öz ölkələrinə girişinə qadağa qoyulmuş radikal şəxslərdən olması isə, Fransa prezidentinin simasızlığının və acizliyinin ən bariz sübutudur.”

Daha sonra G.Sultanzadə iyunun 28-də Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı baş vermiş hücumun bu ölkədə vəziyyətin hökumətin nəzarətindən çıxdığının daha bir sübutu olduğunu vurğulayıb: “Azərbaycan jurnalistlərinə qarşı baş vermiş namərd hücum hiddətləndirici cinayət əməlidir. Bu bir daha göstərir ki, Fransada vəziyyət tam nəzarətdən çıxıb və artıq bu ölkədə olmaq belə, çox təhlükəlidir. Eyni zamanda da baş vermiş insident Fransanın Azərbaycana münasibətdə sərgilədiyi şər və böhtan ritorikasının daha bir nəticəsidir. Bir müddət əvvəl Azərbaycanın Fransadakı səfirliyinə edilən hücum, Makronun mütəmadi olaraq Azərbaycanla bağlı heç bir diplomatik etikaya sığmayan böhtan və təhrif dolu iddiaları son nəhayətdə Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq üçün zəmin yaratmışdır. Baş vermiş bu cinayət hadisəsi bir daha sübut edir ki, insan haqları və demokratiyadan dəm vuran Fransa özü birbaşa insanların fundamental hüquqlarını pozmaqla məşğuldur və bu mövqe ölkədə ictimai-siyasi böhranın getdikcə dərinləşməsinə yol açır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025