Mobil versiya
Bolqarıstanda turizm mövsümünə qarşı yönəlmiş kampaniya aparılır?
Tarix: 03-07-2023 | Saat: 14:37
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər

Bolqarıstanda turizm mövsümünə qarşı yönəlmiş kampaniya aparılır?

BgNews Agentliyi xəbər verir ki, ölkənin Ətraf Mühitin Mühafizəsi və Su Ehtiyatları Naziri Yulian Popov kimlərinsə Bolqarıstanda turizm mövsümünə qarşı məqsədyönlü kampaniya apardığını iddia edən fikir səsləndirib. Bəzi fərziyyələrə görə yay mövsümünün ləng başlamasının əsas səbəblərindən biri kimi pis hava şəraiti və suyun çirklənməsi göstərilsə də, yerli sahibkarlar bununla razılaşmırlar. Otel biznesinin təmsilçilərindən olan Stoyl Dalevski isə problemin kökünü Bolqarıstanda turizm biznesinə qonşu ölkələrlə müqayisədə çox az diqqət ayrılmasında görür: “Günəşli çimərlikdə küçələr izdihamlı olmalıdır, amma indi hər yer boşdur. Şərait daha yaxşı olan Türkiyə və Yunanıstana turistlərin qaçmasının qarşısını almaq üçün biz daha çox səy göstərməli idik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025