Sözü və əməli bir olan təvazökar rəhbər
Tarix: 03-07-2023 | Saat: 10:29
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər dəfə ölkənin şəhər və rayonlarına yeni icra hakimiyyəti başçısı təyin edəndə bu sözləri xatırladır: “Vəzifə imtiyaz və ya üstünlük deyil, yüksək etimad və məsuliyyət deməkdir. Yüksək etimad göstərilən hər bir dövlət məmuru məsuliyyətini dərk etməli, xalqın qulluqçusu olmalı, xəyanət etməməli, vəzifəsindən irəli gələn öhdəlikləri vicdanla və ləyaqətlə yerinə yetirməli, vətəndaşlarla münasibəti düzgün qurmalı, onlarla daimi əlaqədə olmalı, problemlərinə həssas, yüksək diqqət və qayğı ilə yanaşmalıdır”.
Ölkə başçısının qeyd etdiyi kimi, vəzifə dövlət məmurunun çiyinlərinə məsulliyyət yükü qoyur.
Son illər bir çox sahələrə yeni kadrlar təyin olunub. Kadr təyinatlarında bir qayda olaraq bilik, insanlarla işləmək bacarığı kimi xüsusiyyətlər başlıca əhəmiyyət kəsb edir və ön plana çəkilir. Bütün bu addımlar isə ölkənin inkişaf və tərəqqisinə öz ciddi töhfəsini verir.
Qətiyyətlə demək olar ki, dövlət başçısının etimadını yüksək səviyyədə doğruldan səriştəli kadrlardan biri də öz təvazökarlığı ilə seçilən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur.
* * *
5 il öncə, 2018-ci ilin avqustunda ölkənin 2-ci böyük şəhəri olan Gəncəyə təyinat alan N.Bayramov dövlət başçısının ona necə bir etimad göstərdiyinin fərqindəydi. Əlbəttə, indi bu haqda yazmaq və danışmaq çox asandır. Ancaq geri çevrilib 5 il öncəyə – Gəncə və gəncəlilər üçün o ziddiyyətli, gərgin, qızmar yay günlərini xatırlayanda Niyazi müəllimin çiyinlərini necə bir yükün altına qoyduğunu anlamaq olar.
Niyazi Bayramov təyinatının ilk günündən əsl gəncəli olmağı bacardı. Bu, olduqca vacib bir məqam idi. Çünki sirr deyil ki, bəzi icra başçıları özlərini təyinat aldıqları bölgələrdə “qonaq” hiss edir, daim “çamadan” əhval-ruhiyyəsində olurlar. Yüksək təşkilatçılıq bacarığına malik, yetərincə kübar, ziyalı, loru dildə desək, uşaqla uşaq, böyüklə böyük olan N.Bayramov şəhər rəhbəri kimi vəzifəsinin icrasına ilk gündən el ağsaqqaları, ziyalılar, bölgənin nüfuzlu din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi əlillələri və veteranları, elm, təhsil, səhiyyə və mədəniyyət mənsubları, sahibkarlar, iş adamları, uşaq evinin sakinləri, Nizami yurdunu müxtəlif turnirlərdə təmsil edən idmançılar, ictimaiyyət nümayəndələri və sadə gəncəlilərlə görüşlərlə başladı. Ötən 5 il müddətində bu görüşlərə bir gün olsa belə ara verilməyib.
N.Bayramov qısa bir müddətdə rəhbərlik etdiyi aparatın kollektivini güclü komandaya çevirməyə müvəffəq olub. Onun əsl rəhbərə xas olan xarakterik xüsusiyyətləri, istənilən problemi həll edə biləcəyindən əminliyi, özgüvəni istər icra hakimiyyəti aparatının əməkdaşlarına, istərsə də şəhərin bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə də müsbət təsir göstərir.
* * *
Bu gün Gəncə nəhəng tikinti meydançasını xatırladır. Kommunikasiyalar yenilənir, yeni evlər, inzibati binalar inşa edilir, yollar asfaltlanır, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində önəmli işlər görülür. Gəncədə bir sıra sosial infrastruktur layihələri uğurla icra olunur. Şəhərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB evi, sənaye əhəmiyyətli partlayıcı maddələr zavodu inşa edilir. Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Autizm Mərkəzi istifadəyə verilib. Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi ilə şəhərdə qəzalı vəziyyətdə olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə 249 mənzilli yeni yaşayış binaları inşa edilir. Qərb bölgəsində ilk dəfə olaraq Gəncə şəhərində yaradılan Ekoloji Park Kompleksində tikinti işləri uğurla davam etdirilir. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Prezidentin göstərişi ilə məhz Gəncədə həyata keçirilən "Yaşıl şəhər" layihəsi şəhərin inkişafı, abadlığı və tarixiliyini qorumaqla bir çox sahələrdə yenidənqurmanı təmin etmək üçündür. Türkiyə Respublikasından şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin avtomobil parkına müasir, yanacağa qənaətli, sovurma və su çiləmə funksiyalarına malik yol təmizləyən maşınlar gətirilib. Bu ilin əvvəlində ölkəmizdə 20 ildən artıqdır ki, fəaliyyət göstərən “Galaksi Tekstil” və “Galaksi Seramik Tava” istehsal müəssisələrinin Gəncə filiallarının açılışı olub. Gəncə hər il bir sıra beynəlxalq və ölkə əhəmiyyətli tədbirlərə, musiqi festivallarına ev sahibliyi edir. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirlik və diplomatik korpus nümayəndələrinin vaxtaşırı olaraq Gəncəyə səfər etmələri, onların qədim Nizami yurduyla turizm, elm, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, tikinti və digər sahələr üzrə əməkdaşlıq etmək niyyətlərində olmalarını açıqlamaları bölgənin mövcud potensialından, burada yaradılan yüksək səviyyəli şəraitdən xəbər verir.
* * *
Təbii, bu siyahı görülmüş və görülməkdə olan işlərin çox cüzi bir qismidir. Siyahını uzadıb oxucuları statistikayla yormaq fikrindən uzağıq.
Bütün bu işlər isə heç də asanlıqla başa gəlməyib. 3 il öncə, 44 günlük Vətən müharibəsi zamanı şəhər olduqca ağır günlərdən keçib. Məhz 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ardıcıl raket hücumlarına məruz qoyması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Lakin bütün bu erməni vəhşilikləri gəncəliləri qorxutmayıb. Gəncəlilər daim öz Prezidentlərinə, Ali Baş Komandana, onun yerdəki nümayəndəsi olan icra başçısının qətiyyətinə arxayın olaraq şəhəri bir an olsa belə tərk etmək fikrinə düşməyiblər.
* * *
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Təsadüfi deyil ki, ölkə başçısı hər bir müraciətə diqqət və qayğı ilə yanaşılmasını bütün rəhbər şəxslər, dövlət qulluqçuları qarşısında mühüm bir vəzifə kimi qoymuşdur. Dövlət qulluqçusu vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməlidir. Məsələyə məhz bu prizmadan yanaşan Niyazi Bayramov hesab edir ki, vətəndaşlarla münasibətlərin düzgün qurulması, onların dövlətə, hakimiyyətə olan inamlarının qırılmaması üçün sadəcə kabinetdən çıxmaq, insanlarla həmsöhbət olmaq, dərdlərini, şikayətlərini, arzu, istək və təkliflərini üzbəüz dinləmək yetərlidir. Bütün bunlar cəmiyyətdə haqlı olaraq hakimiyyətə böyük inam yaradır.
Tam mübağiləsiz demək olar ki, N.Bayramov özü ilə Gəncəyə yeni nəfəs, yeni vətəndaş-məmur münasibəti gətirib. Bu gün sadə gəncəlilər şəhər rəhbərinə bəslədikləri dərin inama görə öz arzu və istəkləri, təklifləri, Gəncə üçün, bütövlükdə ölkə üçün mühüm əhəmiyyətə malik və onları narahat edən problemlər barədə icra başçısına, onun İcra Aparatına böyük ümidlə müraciət edirlər. Edilən müraciətlərin heç biri diqqətdən kənarda qalmır. Niyazi Bayramov hesab edir ki, vətəndaşların müraciətləri hakimiyyətin onlarla intensiv dialoq vasitəsidir.
* * *
Niyazi müəllim işini bilən, bacarıqlı, kreativ bir rəhbər, hər kəslə onun dilində danışmağı bacaran insanlardandır. Ən əsası, heç bir vəzifə onu dəyişdirməyib. Əminik ki, Niyazi Bayramov ölkə başçısı cənab İlham Əliyevin, Gəncə əhalisinin etimadını bundan sonra da şərəflə doğruldacaq. Qarşıda onu və bizi böyük quruculuq işləri, gerçəkləşməsi bəlkə də nə vaxtsa imkansız görünən nəhəng layihələr gözləyir.
Azər Tağızadə
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025