Mobil versiya
Siyəzən rayonunda 2 iyul – Azərbaycan polisi günü qeyd olunub -Foto
Tarix: 01-07-2023 | Saat: 13:24
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Siyəzən rayonunda  2 iyul – Azərbaycan polisi günü qeyd olunub

AİA.Az-ın Şimal bürosunun verdiyi məlumata görə, Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev, Siyəzən Rayon Polis Şöbəsinin rəisi Xəqani Məmmədov, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev, Siyəzən rayon prokuroru Ramil Əliyev, hüquq mühafizə orqanları və idarə rəhbərləri, Siyəzən polisinin şəxsi heyəti, polis veteranları və vətən müharibəsi qaziləri iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Rayon Polis Şöbəsində davam edən tədbirdə çıxış edənlər polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xidmətdə fərqlənən polis əməkdaşları Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.

AİA.Az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024