Astarada Vətən şəhidlərinin xatirəsinə həsr olunmuş turnir
Tarix: 30-06-2023 | Saat: 13:07
Bölmə:Özəl | çapa göndər

Bu günlər astaralı futbol həvəskarları maraqlı bir idman yarışına şahidlik ediblər. Belə ki, burada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Çimərlik futbolu üzrə açıq rayon turniri olduqca maraqlı, gərgin mübarizə şəraitində keçibdir. Yarış rayon Gənclər və İdman İdarəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Astara Dənizkənarı Park Bulvar Kompleksinin ərazisindəki Xəzər dənizi sahilində baş tutub.
Tədbirin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi R. Şirinov, Vətən müharibəsi veteranı Ə. Əskərov, Vətən müharibəsi qazisi İ. Əkbərov, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, yarışın baş hakimi A. Əkbərov, Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin futbol üzrə məşqçisi, yarışın hakimi Q. Mirzəyev çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş və idmançılara uğurlar arzulayıblar.
Yarışda 5 rayon komandası – Astara, İmişli ( 2 komanda), Beyləqan, Ağcabədi komandaları Oyunların Olimpiya sistemi (uduzub-çıxma) üzrə mübarizə aparıb.
Yekunda birinci yerə Astara komandası , ikinci yerə İmişli-2 komandası, üçüncü yerə Beyləqan komandası layiq görülüb.
Fəxri yerləri qazanan komandalara, eləcə də fərqlənən ən yaxşı hücumçuya, ən yaxşı qapıçıya və ən yaxşı müdafiəçiyə Astara rayon Gənclər və İdman İdarəsinin, Çimərlik Futbol Federasiyasının kuboku, hədiyyələri və diplomları təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-07-2025