Mobil versiya
“Sosial-iqtisadi sahələrdə ümumi tənzimlənmələr”
Tarix: 27-06-2023 | Saat: 14:36
Bölmə:Özəl | çapa göndər

“Sosial-iqtisadi sahələrdə ümumi tənzimlənmələr”

Bildiyimiz kimi, Respublikamızda sosial sahələrin inkişafı dayanmadan inkişaf mərhələlərinə qədəm qoyur.Sosial sahələrin müxtəlif qolları və fəaliyyət sferaları olsa da, birmənalı olaraq hər biri ümumi olaraq vətəndaşların sosial-humanitar, sosial-mənəvi, sosial-iqtsadi rifahını yüksəltməyə köklənmişdir.İnsanların ailə, məişət, sosioloji problemlərinin həllinə çalışan Sosial Siyasət bu cür mənəvi məsələlərə fokuslanaraq ölkə əhalisinin ümumi rifah səviyyəsinin yüksəldilməsinə çalışır.

Bəs insanların sosial-iqtisadi rifahını, maddi zəifliklərini, ailənin və ya fərdin yaşam şəraitini sağlam şəkildə qurulmasını təmin edən sosial sahə hansıdır? Hansı formada bu tənzimlənir?
Ümumiyyətlə mövzuya daxil olmamışdan əvvəl, İqtisadiyyat elminə nəzər yetirəsi olsaq,istehsal, istehlak, mal mübadiləsi, alqı-satqı, ümumi dövriyyə, uçot, maliyyə və.s başa düşülür.Geniş aspektdən baxası olsaq, vergi, mühasibat, audit, satış, digital marketinq və.s kimi sahələr öz əksini tapır.

Bəs Sosial-iqtisadi sahələr dedikdə nələr nəzərdə tutulur? Nəyə xidmət edir? Hansı problemlərin həlli üçün tənzimlənir?

Ilk öncə sosial siyasətin bir məqsədi insanlara sosial-humanitar xidmət göstərməkdirsə, biri də məhz iqtisadi sferadır. Bu sahədə insanların sosial rifah səviyyəsinin yüksəldilməsinə, əmək qabiliyyətini itirmiş şəxslərin təminatla qarşılanması, sosial təminatların,sosial müavinətlərin,sosial yardımların hazırlanıb vətəndaşlara həyat səviyyəsinin iqtisadi cəhətdən yaxşılaşdrılmasına xidmət edir.
Bir sözlə insanların sosial vəziyyətdə iqtisadi cəhətdən aşağı yaşam şəraiti yaşayan insanlara xidmət edir.Bunlara aiddir:

Aztəminatlı ailələrə
Yaşlılığa görə
Əlilliyə görə
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara görə
İşsizlikə bağlı
Ailə başçısını itirməklə bağlı
Müharibə iştirakçılığı ilə bağlı
Sosial-iqtisadi sahələr bu kateqoriyaya daxil olan şəxslərlə məşğul olur.Bu kateqroiya həssas qrupun nümayəndələrinə xidmət göstərən sosial-iqtsadi sferadır.Ümumi sosial-iqtisadi məsələlərə nəzər yetirəsi olsaq, vətəndaşların gündəlik həyat fəaliyyətini təmin edən, gündəlik tələbatları:
Səhiyyə, sosial sığorta, sosial maliyyə, məişət xidmətləri, təhsil və.s-də aiddir.

Bu məsələlərə isə birbaşa dövlət qurumları icra edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyi, ASAN Xidmət bu məsələlərin həllinə və inkişafına xidmət edir. İqtisadiyyat Nazirliyi və Vergilər Xidməti də bu məsələlərdə yardımçı qüvvələr olurlar.
Əhalinin sosial-iqtisadi rifahını təmin etmək üçün- Dövlət Məşğulluq Agentliyi, Əmək Müfəttişliyi, Sosial Xidmətlər Agentliyi və DSMF aiddir.

Elcan Quluyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatının Sədri,
“GUYS” Ictimai Birliyi nəzdində Economics School’un PR Meneceri





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025