Bəşəriyyətin düçar olduğu bəla -Foto
Tarix: 26-06-2023 | Saat: 10:06
Bölmə:Özəl | çapa göndər
Bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Ona meylik insanın həm mənəvi, həm də cismən məhvi deməkdir. Odur ki, bu bəlaya qarşı aparılan mübarizə həmişə geniş şəkildə olmalı, belə təbliğat işlərində gələcəyini düşünən hər bir kəs fəallıq göstərməlidir. “26 iyun Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü” münasibəti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbirdə də bütün bunlar deyildi.
Belə ki, Lənkəran şəhər Gənclər və İdman İdarəsində baş tutan tədbirdə idarənin əməkdaşları Sadiq Həmidov, Yusif Xamiyev, Lənkəran Rayonlar-arası Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev çıxışlarında narkomanlıq və onun törətdiyi bəlalar, aparılan izahat işlərin intensivliyinin daha da artırılması, narkotiklərlə bağlı hüquqpozmalar, bununla bağlı törədilmiş cinayət hadisələrinin qarşısının alınması, bu sahədə mövcud olan qanunvericiliyin əsasları və cəza tədbirləri, digər aktual məsələlər barəsində məlumatlar verdilər. Həmçinin gözəl gələcək naminə yeniyetmə və gənclərin sağlamlığını qorunub saxlaması vacibi olduğu, bu istiqamətdə cəmiyyətin həyatında idmanın oynadığı roldan danışdılar, gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırdılar.
Eləcə digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşdülər, sonda narkomaniyanın törətdiyi bəlalardan bəhs edən video-çarx nümayiş olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025