15 iyun Səxavət Səttarovun doğum günüdür -Foto
Tarix: 15-06-2023 | Saat: 07:54
Bölmə:Özəl | çapa göndər
Qəhrəman Səxavət
Astara rayon, Artopa kəndindən olan Səxavət Qüdrət oğlu Səttarov Odlar diyarı Azərbaycanımızın müqəddəs torpaqlarına göz dikmiş mənfur düşmənə qarşı igidliklə vuruşub 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır. İndi budur onun adı qəhrəmanlıq dastanına dönüb şirin dillərdən düşmür. Qəlbi qəlbimizdə, eşqi eşqimizdə yaşayır Səxavətin.
Səxavət qəlbi sevdalı, vətənpərvər , nəcib, xeyirxah bir gənc kimi müstəqil həyata qədəm qoyur. İşində, əməllində dünyanın gözəlliyinə can atmaqla, halallığa, haqqa tapınmaqla ayların səfində el gözündə ucalır. Az yaşında muradı, eşqi Günəş olub neçə-neçə ürəyə işıq paylayır, sevindirir, ovundurur. Və beləcə xalqına, Vətəninə xidməti, məhəbbəti Səxavət öz ömrünün mənası hesab edir. 2019-cu ildə Ordu sıralarına yola düşəndə Vətən torpağını göz-bəbəyi tək qorumaq, məqamında silaha sarılıb düşmən tapdağında olanları isə canı bahasına azad etmək ürəyindən keçir. Ön cəbhədə doğma Azərbaycana nümunəvi xidməti qısa müddətdə Səxavətə böyük nüfuz qazandırır, onu əsgər yoldaşlarına, komandirlərinə sevdirir. Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran əsl qəhrəman bilir. İkinci Qarabağ müharibəsi başlayanda belə də olur.
Müharibənin ilk gündən Səxavət öz gücünü düşmənə göstərir. Canından artıq sevdiyi Vətənin yaşaması naminə ən ağır müharibə meydanına canla-başla gedir, qələbəyə inamla döyüşür və işğal edilmiş hər qarış torpağın qisasını düşməndən almağa çalışır. Füzuli, Zəngilan, Qubadlı rayonların erməni dığalardan təmizləməkdə daha çox fərqlənir. Ürəyinin istəyini əsas götürərək Şuşa döyüşlərinə girən zamanda sona qədər vuruşub faşistlərdə qisas alacağına and içir. Və sərrast atəşlə dığaların neçə-neçə texnikasını sıradan çıxardır, canlı qüvvəsini sarsıtdır. Əsl qəhrəman kimi vuruşub 6 noyabrda canından keçməklə bir daha Vətən sevgisinin hər şeydən uca olduğunu sübut edir.
Səxavətin Vətən sevgisi həm də öz igid oğluna ölümsüzlük gətirir. Milyonların ürəyində yaşayır Səxavət. Qərinələr keçdikcə də bu belə olacaqdır. Çünki Səxavət öz ömrünü Vətəninə verib. Dövlət tərəfindən layiq görüldüyü “ Vətən uğrunda”, “ Xocavəndin azad olunmasına görə ” medalları, “Vətən xidmətinə görə” ordeni canından artıq sevdiyi doğma Odlar Yurduna ilahi sevginin canlı təzahürüdür.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-01-2025