YAP Şirvan şəhər təşkilatında 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirilib -Fotolar
Tarix: 14-06-2023 | Saat: 20:07
Bölmə:Özəl | çapa göndər
AİA.Az xəbər verir ki, 14 iyun 2023-cü il tarixində YAP Şirvan şəhər təşkilatının və ərazi partiya təşkilatlarının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar "15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir" mövzusunda dəyirmi masa keçirilib.
İlk öncə Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 15 iyun gününün Azərbaycan tarixindəki önəmli rolundan bəhs edərək qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. Əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız sabaha böyük inamla irəliləyir.
İstiqlaliyyət küçəsi, 13 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Səadət Quliyeva çıxış edərək bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub.
İ.Qayıbov küçəsi, 23 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Rəfiqə Atayeva çıxış edərək, dövlətçiliyin xilas edildiyi gün olan 1993-cü il iyunun 15-ni - ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı günü xalqımız müasir tariximizin qürur və şərəf səhifəsi - Milli Qurtuluş Günü kimi qəbul etdi.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında, eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandığını qeyd etdi.
Daha sonra çıxış edən ərazi partiya təşkilatlarının sədrləri İsmayıl Yusubov, Aynur İbrəhimova, Zümrüd Əliyeva və Pərişan Novruzova müstəqil dövlətimizin qurtuluş tarixindən, Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər