Masallıda “Azərbaycan” jurnalının 100 illiyi münasibətilə tədbir keçirilib
Tarix: 13-06-2023 | Saat: 16:26
Bölmə:Özəl | çapa göndər
Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycan” jurnalının nəşr olunmasının 100 illiyi münasibətilə Masallı rayon yazarları ilə görüş keçirilib. “Göy Qurşağı” ədəbi məclisinin üzvlərin, qonaqlar və kitabxana əməkdaşların qatıldığı tədbiri açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, kitab məbədi olan bu, biliklər ocağı hər zaman olduğu kimi “Göy Qurşağı” ədəbi məclisin tədbirlərinə ev sahibliyi etməyə hazırdır. “Göy Qurşağı” ədəbi məclisinin həmsədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Xanəli Tolış bu fikrə cavab olaraq deyib:- Mədəniyyət müəssisələrində məclisin yığıncaqlarının keçirilməsi rayonun mədəni həyatında böyük canlanmaya zəmin yaradır.
Çıxışlarda yazıçı Aliq Məmmədov, şair Allahverdi Bayrami vurğulayıblar ki, milli mətbuatımızın bənzərsiz örnəyi olan “Azərbaycan” jurnalının bu günlərdə 100 illiyi qeyd olunur. Bu ədəbi orqan təsis olunduğu vaxtdan bəri ədəbiyyatın təbliğində və istedadlı qələm sahiblərin tanımasında aparıcı rol oynamışdır. “Azərbaycan” jurnalı fəaliyyəti boyunca çətin və dəyərli mərhələlərdən keçərək, müasir dövrümüzə kimi öz mövcudluğunu qoruyub saxlaya bilib.
”Talisman” qəzetinin baş redaktoru Rafiq Məmmədə söz veriləndə o, gənc yaşlarında “Azərbaycan” jurnalında şerlərinin çap olmasının onun sonrakı yaradıcılığına böyük stimul verdiyini diqqətə çatdırib. Masalı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva isə muzeyin ilk qurucusu olan atası Rəhim Tağıyevin yazılarının “Azərbaycan” jurnalında çap olduğunu , jurnalın nüsxələrinin indiyə qədər çoxlu sayda fərdi ev kitabxanasında qiymətli vəsait kimi saxlandığını deyib.
Tədbirdə çıxış edənlər çox olub. Yazıçı-publisist, jurnalist-tədqiqatçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Xodaşirin Cəbiyev (Cabbari), yazıçı Nazim Qərib, şair Əlimərdan İbrahimov və Məmmədağa Dadaşov “Azərbaycan” jurnalının fəaliyyəti və ədəbi mühitdə baş verən yeniliklər haqqında düşüncələrini bölüşüblər. Həm də tədbirin gedişində “Göy Qurşağı” ədəbi məclisin üzvləri- Nazim Qərib, Qədiməli Eloğlu, Ədalət İsayev, Şirzad Ağayev və Bahadur Şıxlaroğlu öz yaradıcılıqlarının məhsulu olan hekayə və şerlər oxuyublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər