Görmə əngəlli Müsəlman Putri izləyənləri heyran etdi
Tarix: 13-06-2023 | Saat: 16:24
Bölmə:Özəl | çapa göndər
ABŞ-da keçirilən istedad yarışmasına qatılan gözdən əlil Müsəlman Putri Arianinin səhnədə pianoda ifa etməsi tamaşaçıları heyran edib.
AİA.az xəbər verir ki, ABŞ-da istedad yarışmasına qatılan Müsəlman Putri Ariani adından söz etdirib. Müsabiqə üçün İndoneziyadan ABŞ-a gələn gözdən əlil Putri Ariani səhnədə pianoda ifa edərək tamaşaçıların ürəyincə olub.
İstedadı ilə tamaşaçıları valeh edən gözü bağlı Ariani “Kiçik yaşlarımdan həmişə bu yarışmada olmaq arzusunda olmuşam. Ən böyük problemim insanların mənə musiqiçi kimi yox, kor kimi baxmasıdır. Amma mahnı oxuyanda özümü super ulduz kimi hiss edirəm”. Whitney Houston ilə eyni səviyyədə olmaq istədiyini vurğulayan Ariani Grammy mükafatını qazanmaq istədiyini bildirib.
Müsabiqənin münsiflər heyətinin üzvü Saymon Kouell səhnədəki çıxışı yüksək qiymətləndirilən 17 yaşlı Putri Arianidən ikinci mahnını ifa etməyi xahiş edib. Ariani bu xahişlə Elton Conun “Sorry Sorry To Be The Hardest Word” mahnısını ifa edərək tamaşaçıları bir daha heyran edib. “Məncə, burada hər kəs eyni şeyi hiss edir” deyən Saymon Kouell, “17 yaşın var, mahnılar yazırsan, gözəl və fərqli səsin var. Sən parlayırsan,” o, Arianiyə qoşulmaq üçün səhnəyə enərək dedi: “Düşünürəm ki, sən bizim şouda gördüyümüz ən yaxşı müğənnilərdən birisən”.
Tamaşadan sonra Saymon Kouel “Qızıl səs” düyməsini basıb və Putri Ariani səsvermə olmadan növbəti mərhələyə yüksələ bilib.
AİA.Az
Sübhan.Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər