Mobil versiya
Skobzev: Tankerlərin toqquşmasından sonra Lena sularına 90 tona qədər benzin daxil ola bilər
Tarix: 13-06-2023 | Saat: 11:04
Bölmə:Özəl / Dünya | çapa göndər

Skobzev: Tankerlərin toqquşmasından sonra Lena sularına 90 tona qədər benzin daxil ola bilər

“Lena”da iki tankerin toqquşmasından sonra 60-90 tona qədər Aİ-92 benzini çaya düşə bilib. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib ki, neft qalıqları artıq bir sıra yaşayış məntəqələrindən keçib: “Səhər fövqəladə hallar komissiyasının növbədənkənar iclasını keçirdim. Biz həmkarlarımızla Lena çayında iki tankerin toqquşmasının nəticələrinin aradan qaldırılması məsələlərini müzakirə etdik. İlkin məlumata görə, 60-90 tona qədər Aİ-92 akvatoriyaya düşə bilər”, - o Telegram kanalında yazıb.Qəsəbələrdə işçi qrupları yaradılıb, onların vəzifəsi insanların sudan istifadə etməməsini təmin etməkdir.
Xatırladaq ki, iyunun 12-də İrkutsk vilayətində Lena çayında iki tanker toqquşub, nəticədə gəmilərdən birində təxminən 140 ton benzin olan konteyner zədələnib.
Bundan sonra vilayətin Kirenski rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Tankerlərdən birinin kapitanı sərxoş olduğundan gəmini onun köməkçisi idarə edirmiş.
AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024