13 iyun Elnur Əsədullayevin doğum günüdür
Tarix: 13-06-2023 | Saat: 11:01
Bölmə:Özəl | çapa göndər
Sevgisi Vətən olan igid
Elnur İmran oğlu Əsədullayev Vətən müharibəsində 30 il əsir Qarabağımızın azadlığı naminə göstərdiyi hünərlə zəfər tariximizdə silinməz iz qoydu. Lerik şəhərində dünyaya göz açan, xalqına, Vətəninə sonsuz məhəbbət bəsləyən dağlar diyarının qürurlu oğlu bu günü çoxdan gözləyirdi. Düşmən tapdağında olan torpaqların taleyi onu çox düşdürürdü. Ürəyinin istəyini əsas götürərək müharibə meydanında şəhid olmaqla istəyinə çatdı. Elnurun bu ölməz qəhrəmanlığı ona əbədiyyət qazandırdı. O, cismən aramızdan getsə də, harada bir Günəş müqəddəsliyi var sorağı oradan gəlir.
İndi adı böyük bir xalqın dilindən düşməyən Elnur orta məktəbdə yaxşı oxumaqla bərabər, idmanın sərbəst güləş növünə də maraq göstərir. Dəfələrlə yeniyetmələr üzrə turnirlərdə iştirak edir, medal və təltiflərə layiq görülür. Orta təhsilini başa vuranda təlim-tərbiyəsi, savadı, vətənpərvərliyi Elnurun xalqına gərəkli vətəndaş olduğunu bildirir.
2016-ci ilin iyul ayında Elnuru Milli Ordu sıralarına çağırırlar. Cəbhə bölgəsinə düşməyi ürəyincə olur. Vətənə xidməti hər şeydən üstün tutan qəlbi sevdalı gəncin şəxsi keyfiyyətləri qısa zaman kəsiyində ona əsgərlərin, komandirlərin yanında yaxşı hörmət qazandırır. Nümunəvi xidməti ilə igidliyi, doğma Azərbaycana əsl oğul məhəbbəti, xalqına, dövlətinə sədaqəti tam bilinir. Xidməti üzüağ başa vurur, daxilində olan alovlu bir istək Elnuru erməni dığalarına öz yerini göstərmək üçün hərbiyə bağlayır. Köksündə əsl qəhrəman ürəyi döyünən bu Vətən sevdalisı müddətdən artıq hərbi qulluqçu kimi Beyləqanda xidmətini davam edir. Ən əsası Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənlə döyüşə hazırlaşır. Və vaxtı gələndə Qarabağın son qarış torpağının azad olacağı günədək döyüşməyə and içir...
Elnur Əsədullayev Vətən müharibəsi başlanan gündən haqq savaşımıza atılır. Müqəddəs yurd yerlərini dığalardan təmizləmək üçün odun içinə ürəklə girir və xüsusi şücaət göstərir. Dəfələrlə ölüm-dirim savaşın qalibi olan igid əsgərin fədakarlığını nəzərə alıb ona gizir rütbəsi verməklə tank komandiri seçirlər. Öz tanki ilə Füzuli istiqamətində gedən döyüşlərdə dığaların belinə qırır, Ordumuzun qələbəsini təmin edir.
Torpaqlarımız qarış-qarış azad olunduqca qəhrəman Elnur daha da ürəklə döyüşür. Təəssüf ki, 14 oktyabrda özünü namərd gülləsindən qoruya bilmir. Canını Vətəninə qurban etməklə əbədi bir ad qoyur.
Lerik camaatın fəxr etdiyi, qürur duyduğu qəhrəman oğulu Elnur Əsədullayev ölümündən sonra “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülür.
Zəfər Orucoğlu ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
AİiA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər