"Pislik etməyə vaxtım yoxdur"
Tarix: 12-06-2023 | Saat: 19:45
Bölmə:Şou-biznes | çapa göndər
AIA.Az xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli moderator.az-ın suallarını cavablandırıb.
- Nüşabə xanım, uzun illərdir ki, Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulsunuz.Tələbələrinizlə iş prossesiniz necə gedir?
- Çox gözəl gedir. Məndə əsasən qrup dərsləridir. Tələbələrimin içərisində məşhur olanları da var. "Estrada" kafedrasında dərs deyirəm. Kafedra müdirimiz Məryəm Babayevadır. Çox doğma və mehriban kollektivimiz var.
- Səsinizi tez-tez xarici ölkələrdən eşidirik. İşlə bağlı gedirsiniz yoxsa istirahət üçün?
- Əvvəllər xarici ölkələrə xüsusi bayram günlərində dəvət alırdım. Konsert proqramları ilə çıxış edirdim. Arada konsert də oldu, toy da. Tez-tez gedib gəlməyimin başlıca səbəblərindən biri də qızımla bağlıdır. Bilirsiniz ki, o ailə həyatı qurandan sonra xaricdə yaşayır. Ona görə də Avropaya tez-tez gedib-gəlməyə məcburam.
- Sevginin yaşı olurmu? İnsan nə vaxtsa sevgidən bezib-usanarmı?
- Əlbəttə ki, sevginin yaşı olur. Söhbət sevgidən gedir də. Qadının kişiyə olan sevgisindən. Sevgi yaşla əlaqədar olaraq formatını dəyişir, doğmalığa və öyrəşməyə çevrilir. Amma ümumiyyətlə sevgilər, istəklər müxtəlifdir. Onları nəzərdə tutmuram. O ki, qaldı sevgidən bezib-usanmağa. İnsan heç vaxt sevgidən bezib-usanmaz.
- Nüşabə xanım kimləri sevə bilməz?
Ətraflı
- Bu artıq keçir insanlara qarşı olan sevgiyə. Burada söhbət başqa sevgidən gedir. Sevə bilmirəm təkəbbürlü, özlərindən razı, mənəm-mənəm deyənləri. Atalar düz deyib ki, ağac bar verdikcə, başını aşağı salar. Qabı, içi boşdur, amma yenə də mənəm-mənəm deyir. Riyakar, ikiüzlü insanları sevmirəm. Öz sözlərini başqasının adından kimlərəsə çatdıran adamları sevmirəm. Ən başlıcası isə yalançıları sevmirəm. Yalançı insanlar ən qorxulu adamlardır. Onlardan hər şey gözləmək olar. Yalan danışmağın arxasında söz aparıb-gətirmək də, qeybət də, təkəbbür də var.
- O illərdə sizi aktrisa kimi televiziya tamaşlarında, seriallarda izləmişik. Yenidən dəvət gəlsə, qəbul edərsiniz?
- Bəli, qəbul edərəm. Baxmayaraq ki, işlərim çoxdur, amma yaxşı ssenari, istedadlı rejissor olsa, çəkilərəm. Əsas da tarixi bir obraz istərdim.
- İnşallah ki, vaxt gələcək siz də nənə olacaqsınız. Bəzi həmkarlarınız "nənə" sözündən qorxur. Sizin də nənə sözünə kompleksiniz var?
- Xeyr, "nənə" sözünə heç bir kompleksim yoxdur. Gözəl sözdür. Nənəyəmsə, nənəyəm də. Qoy mənə "Nüşabə nənə" desinlər. Məgər nənə olmaq dünyada böyük xoşbəxtlik deyilmi?! Əvvəl ana olursan, sonra da nənə. Hər biri xoşbəxtlikdir. Allah izn versə nənə olaram. Yəqin nəvəm olsa mənə "anne anne" deyəcək.
- Kimlərəsə pisliyiniz dəyib?
- Desəm ki, bu yaşa çatmışam, heç kimə pisliyim dəyməyib, bu bir az yalan olar. Amma mən həyatda heç vaxt, heç kimə pislik etməmişəm. Kimsə mənə qarşı yalnış addım atıbsa, ola bilsin ki, cavan olmuşam, özümdən çıxmışam, ona pisliyin cavabını elə pisliklə qaytarmışam. Amma dayandığım yerdə oturub fikirləşib, kimlərəsə pislik etmərəm. Dünyasında belə ola bilməz. Pislik etməyə vaxtım da yoxdur. O qədər uzaqlaşmışam belə şeylərdən. Pislik edənə heç cavab vermirəm. Allaha həvalə edirəm, vəssalam. Bir halda ki, mən Allaha inanıram, ondan böyük kim var ki?!
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024