Azərbaycanın müasir siyasi sistemi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Tarix: 12-06-2023 | Saat: 17:23
Bölmə:Gündəm / Özəl | çapa göndər
Milli Qurtuluş Günü Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biridir. Bu il isə, xalqımız bu günü öz dahi xilaskar oğlunun 100 illik yubileyi ilə eyni ildə, Heydər Əliyev İlində qeyd edir. Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini sonsuz məhəbbətlə, fədakarlıqla sevirdi. Məhz Ulu Öndərimizin bu fədakarlığı və dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu ali insani keyfiyyətləri Heydər Əliyevə Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Bu gün biz birmənalı olaraq qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan hər zaman problemlərin həllinə doğru qətiyyətlə irəliləyən, bütün sahələrdə dinamik inkişaf edən, insan amilinin uca tutulduğu bir ölkə olub. Lakin Azərbaycanı müstəqilliyimizin ilk illərində dücar olduğu bəlalardan və hələ qarşıda bizi gözləyən daha böyük təhlükə və fəlakətlərdən xilas etmək üçün Ümummilli Liderimiz çox əziyyətlər çəkib, çox böyük səylər göstərib.
Məlumdur ki, 1991-1993-cü illərdə dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmaqda idi. Artıq 1993-cü ilin yayında isə, respublikada həyatın bütün sahələrini bürümüş böhran özünün pik həddinə çatmışdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, talan edilməsi adi hala çevrilmişdi. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi. Şuşa və Laçın düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Ölkənin şimalında və cənubunda formalaşmış separatçı qüvvələr xarici düşmənlərin təhriki və dəstəyi ilə Azərbaycanı parçalamağa və müstəqil dövlətimizin vahid bir ölkə kimi mövcudiyyətinə son qoymağa tam hazır idilər.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olan liderə ehtiyac olduğunu şərtləndirirdi. Yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin ölkədə hakimiyyətə dönüşündə görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Vəziyyət elə bir həddə çatmışdı ki, dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən ovaxtkı iqtidar da sonda Heydər Əliyevdən imdad istədi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Ölkənin taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
2003-cü ildən sonra Heydər Əliyev siyasi kursunun ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan bu gün artıq təkcə Cənubi Qafqazın deyil, həm də dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsi oldu. Xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi, ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin etdi. Bu illər ərzində Azərbaycan misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmaqla, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi yeri olan önəmli bir ölkəyə çevrilmişdir. XXI əsrə Heydər Əliyev dühasının istiqamət verdiyi yolla qədəm qoymuş Azərbaycan xalqı öz uğurlarını hər il, hər gün daha da artırır.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız öz Ümummilli Liderinin, böyük xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər