Mobil versiya
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur
Tarix: 12-06-2023 | Saat: 12:10
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur

2021-ci il 15 iyunda iki qardaş ölkənin liderlərinin Şuşada imzaladığı sənəd müttəfiqliyin daha da yüksəlməsidir. Bu Azərbaycanın ictimai-siyasi həyatında hər kəsin qəbul etdiyi və əhəmiyyəti hesab ediyi sənəddir. Hesab olunur ki, “Şuşa Bəyannaməsi” Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. 
İmzalanmış bu Bəyannamə böyük bir tarixə əsaslanır.Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev dedi ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu mənada XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür. “Şuşa Bəyannaməsi” Azərbaycanın siyasi, diplomatik, iqtisadi və əlbəttə, hərbi uğurudur. Azərbaycanla Türkiyənin münasibətlərini daha üstün səviyyəyə qaldıran sənəd, yeni işbirliyi ruhu və hüququ ilə bölgə əhəmiyyətli bütün əməli fəaliyyət sahələrini əhatə edir. Bu sənəd hər iki ölkənin beynəlxalq nüfuzuna öz müsbət təsirlərini göstərməkdədir.Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri ölkələrimizin münasibətlərinin bütün müstəvilərdə davamlı inkişafını təmin etmə gücündə olub, çoxşaxəli müttəfiqliyin simvoludur. Bu Bəyannamə sayəsində Azərbaycanla Türkiyə arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr üzrə əməkdaşlıq yeni məzmun və yeni səviyyə qazanıb. “Şuşa Bəyannaməsi” iki ölkə arasında imzalanmış olsa da, o, bütövlükdə bölgəyə işıq salır, sülh, əmin-amanlıq üçün şansları artırır, mehriban qonşuluq, birgə yaşayış və beynəlxalq hüquq normalarına uyğun münasibətlərin imkanlarını, əhatə dairəsini genişləndirir. Yəni haqlı olaraq belə dəyərləndirilir ki, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır.
Bu Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər, xüsusilə də Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Şuşa bəyannməsinin imzalanması həm də Siyasi həmrəylik nümunəsidir. Bu bəyannamə ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.Strateji əhəmiyyət daşıyan bəyannamə Azərbaycan və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım sahəsində əməkdaşlığın prinsipial istiqamətidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024