Yaxın zamanda Azərbaycandan qaz tədarükünün artırılması üçün tikinti işlərinə başlanılacaq
Tarix: 12-06-2023 | Saat: 10:38
Bölmə:İqtisadiyyat | çapa göndər
Trans-Adriatik Boru Kəməri (TAP) tezliklə tədarükləri artırmaq üçün tikinti işlərinə başlayacaq.
Bu barədə Trend-ə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə icraçı direktor Luka Skyepatti deyib.
"Hazırki mərhələdə Yunanıstanın Kipoy şəhərindəki mövcud kompressor stansiyasına bir əlavə kompressor aqreqatının quraşdırılması və obyektlərin modernizasiyası tələb olunur. Erkən mərhələdə Kipoyda tikinti işləri 2023-cü ilin ikinci yarısında başlayacaq", - o deyib.
L.Skyepatti qeyd edib ki, istənilən infrastruktur genişləndirmə ssenarisində əlavə borular tələb olunmur.
"TAP-ın və bütünlükdə Cənub Qaz Dəhlizinin dizaynı əlavə kompressor qurğuları və stansiyaları hesabına ötürücülük qabiliyyətini ildə 20 milyard kubmetrədək ikiqat artırmağa imkan verir. Genişləndirmənin birinci mərhələsi (ildə 1,2 milyard kubmetr qaz) üçün əlavə kompressor stansiyaları tələb olunmur", - TAP-ın icraçı direktoru deyib.
Ətraflı
L.Skyepatti əlavə edib ki, bazarda maraq olacağı təqdirdə qaz tədarüklərinin həcmini artırmaq məqsədilə TAP-ın tam genişlənməsi və ilkin ötürücülük imkanlarının mümkün ikiqat artırılması üçün biri Yunanıstanda, biri isə Albaniyada olmaqla iki əlavə kompressor stansiyaları inşa etmək lazım olacaq.
"TAP-ın hazırki uzunmüddətli imkanları (ildə təqribən 10 milyard kubmetr) artıq 2013-cü ildə imzalanmış qaz nəqli barədə sazişlərə uyğun olaraq "Şahdəniz" yatağından əldə edilən qazın tədarükçüləri arasında bölüşdürülüb. TAP qısamüddətli bronlama üçün ilkin imkanların təqribən 5 faizini ayırıb. Bu artıq bron edilmiş imkanlara əlavədir", - deyə L.Skyepatti əlavə edib.
İcraçı direktor qeyd edib ki, ENTSOG hərraclarının təqviminə və TAP-ın şəbəkə məcəlləsinə uyğun olaraq TAP bazara əlçatan qısamüddətli imkanlar təklif edir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər