Mobil versiya
Tənəzzüldən tərəqqiyə yol açan tarixi gün
Tarix: 12-06-2023 | Saat: 10:23
Bölmə:Özəl | çapa göndər

Tənəzzüldən tərəqqiyə yol açan  tarixi gün

Hər bir xalqın tarixində mütləq şəkildə siyasi-iqtisadi böhranlar,müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsilə üz-üzə qaldığı zamanlar olur.Belə ağır və xalqın gələcək taleyinin həll olunduğu məqamda,onu məhv olmaq təhlükəsindən xilas edəcək liderə ehtiyac yaranır.Azərbaycan xalqının taleyində qeyd etdiyim hadisələr XX əsrin 90-cı illərinin əvvəllərində baş verirdi. AXC-Müsavat hakimiyyətinin zəif idarəçiliyi,silahlı dəstələrin ayrı-ayrı bölgələrimizdəki separatçılığı,ölkədə qardaş qırğını və vətəndaş müharibəsinə şərait yaratmışdı.Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.Qonşu dövlətlərlə münasibətlər pisləşmiş,beynəlxalq aləmdə ölkəni təcrid olunmuş vəziyyətə salmışdı.Dövlət əmlakının talan edilməsi, idarəetmədə heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı.Digər tərəfdən ölkədəki anarxiya, xaos və özbaşınalıq iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması və torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması ilə nəticələnmişdi.1993-cü ilin iyununda baş verən hadisələr isə siyasi-iqtisadi və sosial böhranı daha da dərinləşdirdi.Separatçılıq və vətandaş müharibəsi qarşısında qalan xalqin taleyində isə dönüş yaratdı.
Belə ki,Azərbaycan xalqı xilas yolunu yalnız ulu öndər Heydər Əliyevin simasında gördü.1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.Ölkədəki separatçı qüvvələri zərərsizləşdirdi.Ümummilli Lider Heydər Əliyev ölkəmizi ictimai-siyasi pərakəndəlikdən və anarxiyadan qurtararaq,bütün sahələrdəki tənəzzülün qarşısını aldı.Yenidən qurduğu dövlətin gələcək inkişaf yolunu və tərəqqisini təmin etdi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan həmin tarixi gün isə 15 İyun – Milli Qurtuluş Günü oldu.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyini,sabitliyi təmin etdi.Azərbaycanın yeni tərəqqisi planını hazırladı. Ölkə daxilində apardığı islahatlarla dövlətimizin inkişafına yol açdı. Beynəlxalq aləmdə böyük uğurlar və nüfuz qazandırdı.
“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”-söyləyən Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişində və inkişafında,həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Həm də bu gün Ulu Öndərin ən çox görmək istədiyi azad olunmuş Qarabağ,bütöv və güclü Azərbaycan arzusu reallaşıb.

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın Tarix müəllimi Elsevər Məmmədov





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024