Narkotiksiz sağlam gələcək naminə
Tarix: 10-06-2023 | Saat: 11:22
Bölmə:Özəl / Parlament | çapa göndər
Bu başlıqlı tədbir Masallı rayonundakı E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində baş tutdu. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın icrasından irəli gələn tədbirin təşkilatçıları Masallı Tarix Diyarşünaslıq Muzeyi, Masallı rayon Polis Şöbəsi və Masallı Təhsil sektoru idi. Bu günün ən aktual problemi sayılan , bütün bəşəriyyəti düşündürən narkomaniyanın insan həyatına gətirdiyi acı nəticələrdən bəhs edən tədbirdə müəllim kollektivi, şagirdlər və valideynlər iştirak edirdilər.
Vətən torpaqların azadlığı naminə canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsini bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva və Masallı Polis Şöbəsinin baş inspektoru kapitan Samid Əliyev çıxışlarında bildirdilər ki, “ağ ölüm” kimi tarixə düşən narkomaniya bəşəri bəladır. Onun insan sağlamlığına vurduğu fəsadlar sağalmazdır. Məhz elə buna görə də indi daha çox xalqları, millətləri düşündürən ən ağır problem olan narkomaniyaya meylik silah, insan alveri, orqanların transferi kimi eyni səviyyədə qorxulu və təhlükəlidir. O, heç bir sərhəd tanımır, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib insanların sağlamlığını əlindən almaqla bütün dünyanı dolaşır. Gənclərin, yeniyetmələrin narkomaniyaya qurşanması daha böyük dəhşətdir. Öz sağlam gələcəyini düşünən hər bir kəs buna qarşı ciddi şəkildə mübarizə aparmalıdır.
Məktəbin direktoru İlham Ağayev da mövzu ilə bağlı danışdı. O, dedi:- Narkotik maddələrin gənclər və yeniyetmələr arasında yayılma halı çox təhlükəlidir. Faciədən qurtulmaq üçün bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu olduqca düzgün yoldur. Təbii ki, belə proqramların təbliği narkomaniyaya yox deməklə sağlam gələcəyimiz üçün önəmli təminat yaradır. “Ağ ölüm” ün geniş yayıldığı indiki zamanda təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə vaxtaşırı izahat işlərin görülməsi, həmçinin belə tədbirlərin kütləvi informasiya vasitələrində, internet şəbəkəsində yaymağı mütləq olmalıdır.
Daha sonra hər üç natiq sağlam həyat yaşamaq üçün şagirdlərə öz dəyərli tövsiyələrini verdilər.
Yekunda şagirdləri, valideynləri mövzu ətrafında düşündürən suallar ətraflı və faktlar əsasında təhlil olundu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024
09:38 “Brent” nefti bahalaşdı
29-10-2024