Mobil versiya
Bakı metrosunda intervallar azaldılır - Sabahdan
Tarix: 14-09-2026 | Saat: 13:00
Bölmə:Ölkə / Karusel | çapa göndər

Bakı metrosunda intervallar azaldılır -

"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

aia.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Qırmızı xətt üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər–Əhmədli" mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt üzrə zərurət yarandıqda interval 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə "Avtovağzal–8 Noyabr" sahəsində 5 dəqiqə, "Xocəsən–Avtovağzal" sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-09-2026