Nərimanov rayonunda yüksək bal toplayan məzunlarla görüş keçirilib -Fotolar
Tarix: 14-09-2026 | Saat: 17:28
Bölmə:Gündəm | çapa göndər

Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə 2025/2026-cı tədris ilində Nərimanov rayon məktəbləri üzrə 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşü keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
aia.az xəbər verir ki, tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, rayonun təhsil müəssisələrinin nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Elgin Həbibullayev məzunları əldə etdikləri yüksək nəticə münasibətilə təbrik edib, onların uğurunu yalnız şəxsi zəhmətin deyil, eyni zamanda ailənin, müəllimlərin və təhsil ictimaiyyətinin birgə əməyinin nəticəsi kimi qiymətləndirib. Qeyd olunub ki, son illərdə ölkəmizdə təhsilin inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması, onların müasir çağırışlara uyğun yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərin keyfiyyətli təhsil alması və gələcəkdə ölkənin inkişafına öz töhfələrini verməsi üçün geniş imkanlar yaradılıb. İcra başçısı yüksək nəticə göstərən məzunların qarşıda daha böyük məqsədlər qoymalı olduqlarını vurğulayaraq bildirib ki, 600-dən yüksək bal mühüm uğur olmaqla yanaşı, yeni mərhələnin başlanğıcıdır. E. Həbibullayev gənclərə seçdikləri ixtisas üzrə peşəkar mütəxəssis olmaq, daim öyrənmək, müasir bilik və texnologiyalara yiyələnmək və qazandıqları bilikləri ölkəmizin inkişafına yönəltmək tövsiyə edib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin təşkilat sədri təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsi olduğunu qeyd edib.
Milli Məclisin deputatı, YAP İdarə heyətinin üzvü Hikmət Babaoğlu, millət vəkili Samir Vəliyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova çıxış edərək Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıblar. Qeyd ediblər ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir.
Natiqlər Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini bildiriblər, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatıdırıblar.
Görüşdə digər çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edib, onlara uğurlar arzulayıblar. Tələbə adını qazanmış gənclər onlara yaradılan şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonda gənclərə Nərimanov rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatı tərəfindən hədiyyələr təqdim edilib və onlarla xatirə şəkli çəkdirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-09-2026