Gəncədə MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib
Tarix: 07-06-2023 | Saat: 16:37
Bölmə:Özəl | çapa göndər
Gəncə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib.
aia.az xəbər verir ki, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həmçinin Rusiya Federasiyası, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus və Tacikistan Respiblikalarının gömrük xidmətlərinin rəhbərləri iştirak edib.
Öncə nümayəndə heyətləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər. İclas iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan əraziyə gəlib, həlak olan dinc sakinlərin xatirəsini ehtiramla anıblar.
Sonra qonaqlar Gəncə şəhərində Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Toplantıda çıxış edən DGK-nin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin və məlumat mübadiləsinin genişləndirilməsi baxımından şuranın iclasının əhəmiyyətindən danışıb və aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini ifadə edib.
Sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb.
İclasda dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları və gömrük nəzarəti zamanı gömrük orqanları və daşıyıcıların fəaliyyətinin təşkili, gömrük xidmətləri arasında ekspert və tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, malların gömrük dəyəri, eyni zamanda əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumat mübadiləsinin reallaşdırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası və kadr hazırlığı haqqında saziş layihələri ilə bağlı müzakirələr keçirilib.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının sədri seçilib.
Azər Tağızadə
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər