Mobil versiya
Cənab Prezidentin Moskva görüşü uğurlu diplomatiyanın nümunəsi kimi yadda qaldı
Tarix: 02-06-2023 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

Cənab Prezidentin Moskva görüşü uğurlu diplomatiyanın nümunəsi kimi yadda qaldı

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü və Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirakı və çıxışı çox ciddi bir hadisə kimi qiymətləndirilməlidir. Çünki bu görüş ölkəmizə verilən böyük önəmin göstəricisi olmaqla bərabər cənab Prezident İlham Əliyevin geniş diapazonlu və düşünülmüş xarici siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana, onun dövlət başçısına münasibəti fikirlərimizi təsdiq edir. Cənab Putinin “Bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir. Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır. O da yaxşı məlumdur ki, biz Rusiyada bu yubileyi layiqincə qeyd etdik. Dövlət Dumasında və Federasiya Şurasında sərgilər keçirildi, televiziyada sənədli filmlərin nümayişi oldu. Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu.” fikirləri Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmətin təzahürüdür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyədədir.
Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edən cənab Prezident ilk növbədə Azərbaycanın iqtisadi inkişafınıən əsas xüsusiyyətlərinə toxunaraq bu inkişafın bütün maneələrə baxmayaraq təmin edildiyini vurğuladı. Daha sonra Avrasiya İqtisadi Birliyi ilə münasibətlərə toxunan cənab Prezident qeyd etdi ki, azərbaycan bu birliyin üzvü olmasa da hər bir üzv dövlətlə geniş iqtisadi münasibətlərə malikdir. Düzdür bu baxımdan ermənistan istisna təşkilı edir. Bunun da günahkarı məhz Ermənistanın özüdür. Son 30 ildə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən, ərzimizin 20 faizini 30 il işğal altında saxlayan Ermənistan Azərbaycanın həyata keçirdiyi bütün layihələrdən kənarda qalıb. Lakin digər üzv dövlətlərlə kifayət qədər geniş ticari-iqtisadi əlaqələr qurulub və qurulmaqda davam edir.
Cənab İlham əliyev bu faktı rəqəmlərin dili ilə belə ifadə etdi: “Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. “
Göründüyü kimi Azərbaycanın logistika imkanları, dənizə çıxışının olması, həm şimala, həm də cənuba istiqamətlənən kommunikasiyanın mövcudluğu ölkəmizə ciddi maraq doğurmaqdadır. əslində bütün nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən ölkəmizlə münasibətlərdən qazanmaq istəyən hər kəslə əməkdaşlığa hazırıq və bunu bir sıra layihə\lərlə təsdiq etmişik.
Cənab prezident də bunu öz çıxışında ətraflı qeyd edərə dedi: “Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.”
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan isə replikasında Laçın dəhlizi ilə Zəngəzur dəhlizini eyniləşdirməyə cəhd etdiyindən ölkəmizin başçısı ona tutarlı cavab verərək “Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər” deyə onun arqumentlərinin əsassız olduğunu isbat etdi.Cənab İlham Əliyev diplomatik yolla vurğuladı ki. Biz hələ indiyə kimi kiminsə ərazisinə göz dikməmişik. Özgə torpaqlarında iddialı olanların belə ritorikasının isə sonda nə ilə nəticələndiyi hamıya məlumdur.
Təbbi ki, bu dialoqu ermənilər də izləyir və haqsız. əsassız iddialarının onları hansı gülünc vəziyyətə saldığını anlamamış deyillər. Hər bir halda Azərbaycan Prezidentinin balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi bir daha təsdiqini tapdı.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024