Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan-İsrail münasibətlərinin kifayət qədər zəngin tarixi var
Tarix: 01-06-2023 | Saat: 10:41
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan-İsrail münasibətlərinin kifayət qədər zəngin tarixi var

“1989-cu ildə Azərbaycan – İsrail dostluq cəmiyyəti yarandı ki, bu hərəkət 1992-ci ilin 15 aprelində Azərbaycan ilə ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb.
İsrail-Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən etibarən möhkəmlənmişdir. Bu əlaqələr 1990-cı ildən bu yana, yəni, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra inkişafdadır. Əlaqələr 1997-ci ilin avqustunda İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri zamanı yeni bir mərhələyə qədəm qoydu. O vaxtdan bəri İsrail Azərbaycanla daha sıx əlaqələri inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək edir. İsrail ordusu Azərbaycana aviasiya, artilleriya, tank əleyhinə və piyadaya qarşı silahların əsas təchizatçılarından biridir.
2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfər etdi və İsrail şirkəti Aeronautics Defence Systems şirkətinin Bakıda zavod inşa edəcəyini elan etdi.
2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq hava limanlarında viza verilməsini qadağan edən bir fərman imzaladı. İsrail və Türkiyə vətəndaşları bu yeni qanundan təsirlənməyən yeganə iki ölkə idi.
Buradan aydın görünür ki, Azərbaycanda İsrailə xüsusi önəm verilir və hətta bu münasibətlər Türkiyə səviyyəsindədir. Hazırda İsraildə Azərbaycanla İsrail arasında çox yaxşı siyasi və iqtisadi əlaqələr mövcuddur. Amma, ən önəmlisi odur ki, bu əlaqələrin başında insani əlaqələr durur. Çünki, bu gün İsraildə Azərbaycan kökənli 70 min insan yaşayır. Azərbaycanda isə 25-30 minə yaxın Azərbaycan yəhudisi yaşayır. Bu yəhudilər Azərbaycanda çox gözəl şəkildə yaşayır. Heç bir problemləri yoxdur. Başqa Avropa ölkələrindən fərqli olaraq Azərbaycan ərazisində yəhudilər 2600 ildir yaşayırlar. Heç bir zaman Azərbaycanda antisemitizm olmayıb. Bu halın olmaması, Azərbaycanda yəhudilərə çox yaxşı səviyyədə olan münasibətdən irəli gələrək İsrail-Azərbaycan əlaqələri də inkişaf edir. Bu baxımdan İsrail də Azərbacanda yəhudilərə olan münasibəti çox yüksək səviyyədə qəbul edir və inkişafını istəyir. İsrail Azərbaycanın ən ağır vaxtlarında yanında olub, hərbi baxımdan yardım edib. Bu gün İsrail və Azərbaycanın çox yaxşı siyasi dialoq müstəvisində əlaqələri mövcuddur. İqtisadi baxımdan da İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Bu gün İsrail və Azərbaycan arasındakı ticari əlaqələr 4 milyard dollara yaxındır. Yəni, İsrail-Fransa əlaqələrindən daha yüksəkdir”.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri bu münasibətlərin və əmkdaşlığın daha da inkişaaf edəcəyinə imkan yaradacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbuldan sonra mətbuata verdiyi bəyanatdan məlum olur ki, hər iki dövlət başçısı gələcəkdə iqtisaidi, siyasi və ticari əlaqələrin daha da yüskək səviyyədə qurulmasında maraqlıdırlar. Cənab Prezident dövlət başçıları arasında fəal dialoqun olmasını qeyd edərək bildirmişdir: “Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.
İqtisadi əlaqələrin getdikcə artan səviyyəsi göstərir ki, İsrail və Azərbaycanın ticari maraqları üst-üstə düşür və hər iki dövlət bu əlaqələrin daha da inkişaf etməsini istəyir. Ölkə başçısı bu prosesi belə ifadə etdi: “Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.
Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.”

Eltun Süleymanov əlavə olaraq bildirib ki, “iki ölkənin inkişaf etdirməli olduğu turizm aktual mövzulardan biridir. Çünki əsrlər boyu Azərbaycanda yaşamış, hazırda israildə məskunlaşmış insanlar, eləcə də Azərbaycandakı yəhudi icması arasında xüsiusən yay aylarında gediş-gəliş səviyyəsinin yüksəlməsi, qohumluq əlaqələri kimi nüanslar nəzərə alındıqda bu sahənin inkişafı labüddür. Bu məslə də ölkə başçılarının gündəmində olmuşdur. Cənab prezident bu sahənin inkişaf etdirilməsi ilə bağlı fikrini belə ifadə etmişdir: “Bu gün biz, həmçinin qarşılılıqlı turist axını səviyyəsinin necə qaldırılmasını da müzakirə etdik. Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, - çünki adətən yay vaxtlarında daha çox uçuşlar olur, - daimi əsasda edilməsi tapşırılmışdır. Həmçinin İsraildə daha çox təqdimat imkanlarının araşdırılması da tapşırılmışdır ki, biz İsraildən daha çox turisti buraya dəvət edə bilək və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır.”
Cari ilin 30 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanması da kifayət qədər önəmli əməkdaşlıq nümunəsi hesab edilməlidir.”




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024