Mobil versiya
Türkiyədə yayımlanan serialda Azərbaycan xəritəsi ilə bağlı təhrif aradan qaldırıldı
Tarix: 31-05-2023 | Saat: 20:16
Bölmə:Cəmiyyət | çapa göndər

Türkiyədə yayımlanan serialda Azərbaycan xəritəsi ilə bağlı təhrif aradan qaldırıldı

23 may 2023-cü il tarixində Türkiyənin ATV televiziyasınada yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə olunub.

AİA.Az xəbər verir ki, serialın Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb.

Şirkət rəsmiləri, texniki səhv yaşandığını bildirərək, baş vermiş yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

27 may tarixində ATV kanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024