Mobil versiya
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Pediatriya və neonatologiyada yeniliklər üzrə II Beynəlxalq Konqres” keçirildi -Fotolar
Tarix: 10-05-2023 | Saat: 14:55
Bölmə:Özəl / Qərbi Azərbaycan | çapa göndər

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş  “Pediatriya və neonatologiyada yeniliklər üzrə II Beynəlxalq Konqres” keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Azərbaycan Pediatrlar Assosiasiyası, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə beynəlxalq elmi-praktik konqres keçirilib.

Beynəlxalq tədbirdə dövlət rəsmiləri ilə yanaşı, 11 ölkənin nümayəndələri də iştirak ediblər.

Öncə tədbirdə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfələrdən söz açılıb. Heydər Əliyev əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısından bəhs olunub, bu sahədə fəaliyyətin çoxcəhətli olduğu qeyd edilib. Bildirilib ki, Ulu Öndərin ən çox əhəmiyyət verdiyi, qayğısını əsirgəmədiyi sahə məhz səhiyyə olub.

Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövürdə, xüsusilə də uşaqların sağlamlığı, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlərin görüldüyü vurğulanıb. Bu baxımdan Ulu Öndərimiz Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətini daim diqqətdə saxlayıb, dünya şöhrətli pediatr, səhiyyə və təhsil qurucusu, professor İhsan Doğramacı ilə Assosiasiyanın beynəlxalq tədbirlərdə təmsil olunmasına, təşkilatın tanınmasına dəstək göstərib.

Konqresdə pediatriya və neonatologiyanın ən aktual problemlərinə dair aparıcı milli və xarici ekspertlərin məruzələri dinlənilib.

Tədbirdə ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri Vitse-prezidenti, professor Lalə Allahverdiyeva “Postkovid sindromlu xəstələrin reabilitasiyasının əsas istiqamətləri”, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə “Tibbi bioetikanın Azərbaycanda inkişafı və təhsildə rolu”, professor Ələkbər Həsənov “Uşaqlarda COVID-19-un diaqnostikasında sirtokinlərin rolu” və professor Səfixan Həsənov “Kiçik bədən kütləsi ilə doğulan uşaqlarda katalesidinin neonatal dövürdə səviyyəsi” adlı məruzələrlə çıxış ediblər.
O cümlədən Beynəlxalq Pediatriya Assosiasiyasının yeni seçilmiş prezidenti, professor Jozef Haddad “Davamlı inkişaf məqsədləri və IPA”, Rusiya Pediatrları İttifaqının sədri, akademik Leyla Namazova-Baranova “Tibbi yardımın keyfiyyəti – pediatrlar nəyi bacarmalı və nə etməli?”, Böyük Britaniyadan Andreas Petropoulos “Pediatrik onkoloji xəstəliklərdən qurtulmuş pasiyentlərdə kardioloji problemlərə yanaşma” Skot Osborn Guthrie ““Kenquru qayğısı” metodu. Bəzən sadə mürəkkəbdən daha yaxşıdır” və professor Ömər Erdev “PDA-nın menecmentində terapevtik nihilizm” mövzularında məruzələr təqdim ediblər.

Tədbirin məqsədi həkimləri və tibb mütəxəssislərini pediatriya və neonatologiyaya dair yeni tədqiqatlarla, innovasiyalarla tanış etmək, onların inkişafı ilə bərabər xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanı təkmilləşdirmək, eləcə də tibbin bu sahəsinin inkişafına xidmət edən təşəbbüslərə dəstək verməkdir.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024