Polimer Materialları İnstitutunda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunan iclas keçirilib -Fotolar
Tarix: 04-05-2023 | Saat: 13:33
Bölmə:Özəl / Təhsil | çapa göndər
Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Elmi şuranın Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr olunan iclası keçirilib. İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açıb. Əvvəlcə Ulu Öndər Heydər Əliyev və onun ömür-gün yoldaşı Zərifə Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Bəxtiyar Məmmədov Heydər Əliyev və Zərifə Əliyevanın 100 illik yubileylərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamlarına əsasən bir sıra silsilə tədbirlərin baş tutduğunu və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini bildirib.
Sonra institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva tariximizin parlaq simalarından biri olan Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən bəhs edib. O, qətiyyətli dövlət başçısı, uzaqgörən siyasətçi, müdrik dövlət xadimi, məsuliyyətli vətəndaş, vətənini və millətini böyük məhəbbətlə sevən dünya şöhrətli liderin Azərbaycanın tərəqqisi yolunda əvəzsiz xidmətlərindən danışıb. Solmaz Rzayeva böyük şəxsiyyətin ideyalarının daim yaşayacağını, gələcək nəsillərə örnək olaraq miras qalacağını bildirib. İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev Heydər Əliyevin Azərbaycan elminin inkişafı, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun strategiyalarının həyata keçirilməsi məqsədi ilə elmin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Valeh Cəfərov Ulu Öndərin ölkənin həyatındakı misilsiz rolunu yüksək dəyərləndirərək onun Sumqayıt şəhərinə səfərlərini, şəhərə olan xüsusi münasibətini, sumqayıtlılar haqqında dediyi xoş sözləri xatırladıb. Kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov Sumqayıt sənayesinin modernləşdirilməsi, müəssisələrin bir çoxunun yenidən qurulması, onların müasir texnika və texnologiya ilə təmin edilməsi proseslərinin həyata keçirilməsində Heydər Əliyevin əvəzsiz rolundan söz açıb. İclasda çıxış edən alimlərin hər biri Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə, eləcə də Sumqayıtda kimyanın inkişafına ciddi diqqət yetirdiyindən, bu illərdə çoxsahəli kimya istehsalat müəssisələrinin yaradıldığından, onun “Kimya sənayesini inkişaf etdirmədən böyük işlərdən danışmağa dəyməz!” fikrinə sadiq qalaraq görülən digər işlərindən danışıblar. Bu gün uzaqgörən rəhbərin başladığı işlər, elm və təhsil siyasəti və dövlətçilik məktəbi onun layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir.
Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın həyatı, oftalmologiyanın inkişafına verdiyi töhfələr, Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma, gözün peşə xəstəliklərinə dair apardığı fundamental tədqiqatlar, işləyib-hazırladığı effektli müalicə metodları və profilaktik tədbirlərdən danışıb.
İclasın sonunda video-çarx nümayiş olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ