Azərbaycan dilinin dövlət dili kimi tanınması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
Tarix: 27-04-2023 | Saat: 21:52
Bölmə:Özəl | çapa göndər
Qədim tariximizə nəzər saldıqda , Azərbaycan xalqının öz dilində oxuyub-yazmasına, hətta öz dilində danışmasına belə kimlərinsə tərəfindən qoyulan qadağaların şahidi oluruq.Azərbaycan dili keçmiş dörlərdə də bir neçə dəfə rəsmən dövlət dili kimi elan edilərək, müəyyən müddət ərzində fəaliyyət göstərib, lakin dilimizin dövlət dili statusu çox uzun sürməmişdir. Məhz xalqımızın dahi oğlu, Ümummilli Liderimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Aərbaycan dilinin müdafiəsinə qalxaraq, dilimizin inkişafı üçün xilaskarlıq missiyasını öz üzərinə götürdü və tariximizə adını qızıl hərflərlə yazdırdı.
Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zaman göstərdiyi təşəbbüs nəticəsində 1995-ci il noyabrın 12-də Azərbaycan Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili kimi təsbit edildi. Ulu Öndər Heydər Əliyevə minnətdar olaraq, çox gözəl başa düşürük ki, ana dilimiz müstəqil Azərbaycanın , Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Ümummilli Liderimiz Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: O, dilimiz haqqında demişdir :"Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur".
Ulu Öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Həmişə Azərbaycan gənclərinə xarici dilləri öyrənməklə yanaşı , ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Fəxrlə deyə bilərik ki, ana dilimizin dünya səviyyəsində hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, müstəqilliyindən sonra dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərimizin Azərbaycan dilinin tanınması və təbliğ edilməsində əvəzsiz xidmətləri olmuşdur.
Bu gün də Azərbaycan dilinin və dövlətimizin bəzi gözü götürməyən dövlətlərin təzyiqlərindən qorunması , həmdə bu dilin paklığı, təmizliyi istiqamətində Ulu Öndərin yürütdüyü siyasət onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024