YAP Daşkəsən rayon təşkilatı Mədəniyyət işçiləri ərazi partiya təşkilatında yığıncaq keçirdi -Fotolar
Tarix: 27-04-2023 | Saat: 15:29
Bölmə:Parlament | çapa göndər
aia.az xəbər verir ki, 27 aprel 2023-cü il tarixdə Mədəniyyət işçiləri ərazi partiya təşkilatında yığıncaq keçirildi.
Yığıncağı giriş sözü ilə açan ərazi partiya təşkilatının sədr müavini Mətanət Abdullayeva bildirdi ki, partiyamızın VII Qurultayında yeni Proqram, Nizamnamə və digər sənədlər qəbul olundu.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini seçildi.Həmin dövrdən başlayaraq respublikamızın hər yerində olduğu kimi rayonumuzda və eyni zamanda, təşkilatımızda da partiyamızın fəaliyyətinə yeni stimul verildi.
YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Elşən Alıyev Yeni Azərbaycan Partiyasının Proqramı, Nizamnaməsi, “Yerli Təşkilatlar Haqqında Əsasnamə” və “Üzvlük Haqlarının Məbləği və Ödənilməsi Qaydası” haqqında ətraflı şəkildə məlumat verdi.
YAP rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırov 2023-cü ilin Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” elan olunmasından, rayonda silsilə tədbirlərin keçirilməsindən və bu ilin may ayının 24-də də YAP rayon təşkilatının təşkilatçılığı ilə keçiriləcək konfransa hazırlıq işlərindən danışdı.
Yekunda bir qrup mədəniyyət işçisinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər