Ana Sayfa > Seçki 2024 > YAP Daşkəsən rayon təşkilatı Mədəniyyət işçiləri ərazi partiya təşkilatında yığıncaq keçirdi

YAP Daşkəsən rayon təşkilatı Mədəniyyət işçiləri ərazi partiya təşkilatında yığıncaq keçirdi


27-04-2023, 15:29. Yazar: sevinc1
YAP Daşkəsən rayon təşkilatı Mədəniyyət işçiləri ərazi partiya təşkilatında yığıncaq keçirdi

aia.az xəbər verir ki, 27 aprel 2023-cü il tarixdə Mədəniyyət işçiləri ərazi partiya təşkilatında yığıncaq keçirildi.
​ ​ ​ ​ ​ ​
Yığıncağı giriş sözü ilə açan ərazi partiya təşkilatının sədr müavini Mətanət Abdullayeva bildirdi ki, partiyamızın VII Qurultayında yeni Proqram, Nizamnamə və digər sənədlər qəbul olundu.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini seçildi.Həmin dövrdən başlayaraq respublikamızın hər yerində olduğu kimi rayonumuzda və eyni zamanda, təşkilatımızda da partiyamızın fəaliyyətinə yeni stimul verildi.
​ ​ ​ ​ ​ ​
YAP Daşkəsən rayon təşkilatı sədrinin müavini Elşən Alıyev Yeni Azərbaycan Partiyasının Proqramı, Nizamnaməsi,​ “Yerli Təşkilatlar Haqqında Əsasnamə” və “Üzvlük Haqlarının Məbləği və Ödənilməsi Qaydası” haqqında ətraflı şəkildə məlumat verdi.
​ ​ ​ ​ ​ ​
YAP rayon təşkilatı aparatının məsləhətçisi Sərdar Xıdırov 2023-cü ilin Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” elan olunmasından, rayonda silsilə tədbirlərin keçirilməsindən və bu ilin may ayının 24-də də YAP rayon təşkilatının təşkilatçılığı ilə keçiriləcək konfransa hazırlıq işlərindən danışdı.
​ ​ ​ ​ ​ ​ ​
Yekunda bir qrup mədəniyyət işçisinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.
Geri dön