Əsir hərbçimiz İrəvandan anasına məktub göndərdi -Foto
Tarix: 27-04-2023 | Saat: 13:18
Bölmə:Özəl | çapa göndər
Azərbaycan İnformasiya Agentliyinin məlumatına görə Əsir hərbçimiz İrəvandan anasına məktub göndərdi
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.Onun sözlərinə görə, məktub Beynəlxalq Qızıl Xaç nümayəndələri tərəfindən təqdim olunub: “Salam anam. Mənəm Hüsü. Necəsən anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, - məktubda deyilir.Qeyd edək ki, bu yaxınlarda Beynəlxalq Qızıl Xaç nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sonradan onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Aia.az
Bölgə müxbiri Sübhan Məmmədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024