Mobil versiya
REGİONLARIN GƏLƏCƏK İNKİŞAFINA MÖHKƏM ZƏMİN
Tarix: 26-04-2023 | Saat: 09:57
Bölmə:Özəl | çapa göndər

REGİONLARIN GƏLƏCƏK İNKİŞAFINA MÖHKƏM ZƏMİN

Ölkəmizdə sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramının icrasının birinci ilinin yekunları çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi potensialın gücləndirilməsi, təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi, səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb.
Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bu proqramların uğurlu icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb: “Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
Aprelin 18-də ölkə başçısının iştirakı ilə Salyan şəhərində “ASAN xidmət” mərkəzinin açılışı olub. Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.
Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Göstərilən qətiyyət, yeniliyə ünvanlanan, ölkə vətəndaşları tərəfindən dəstəklənən siyasət nəticəsində ölkəmiz nəhəng enerji-nəqliyyat layihələrinin müəllifi olmaqla dinamik inkişaf sahəsində də dünya birliyində nümunə göstəriləcək uğurlu inkişaf yolunu davam etdirir.

Nabat Zəngəzur
YAP Qaradağ rayon təşkilatının fəalı






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024