PREZIDENT İLHAM ƏLIYEVIN BÖLGƏLƏRƏ HƏR BIR SƏFƏRI REGIONLARIN TƏRƏQQISINƏ XIDMƏT EDƏN BIR SIYASƏTDIR
Tarix: 26-04-2023 | Saat: 08:42
Bölmə:Özəl | çapa göndər
Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri regionların tərəqqisinə, vətəndaşların rifahına, layiqli həyat şəraitinin təmin olunmasına xidmət edən bir siyasətdir
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.Dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.Daha sonra İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib.O, Azərbaycanın bölgələrinə tez-tez səfərlər etdiyini söyləyib. Bildirib ki 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir .Ölkə başçısı Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıdığını, həm ölkəmizi gücləndirdiyini bildirib.
Prezident İlham Əliyev bu səfərin də ənənəvi bir səfər olduğunu vurğulayıb. O, əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olduğunu bildirib. Salyanda açılan “ASAN xidmət” mərkəzinın ölkədə sayca 25-ci mərkəz qeyd edən ölkə başçısı “ASAN xidmət” sistemin bu gün dünyada artıq Azərbaycan brendi kimi tanındığını, ölkə əhalisi tərəfindən yüksək qiymətləndirildiyini, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılandığını söyləyib.
Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrün əsas çağırışlarından biri budur ki, regionda dayanıqlı sülh və təhlükəsizlik təmin edilsin, yeni əməkdaşlıq formatları yaradılsın. Cənab İlham Əliyev bunun üçün Ermənistana sülh təklifini etdi. Xeyli müddət keçməsinə baxmayaraq işğalçı dövlət hələ də bu istiqamətdə konkret addım atmaq barədə düşünmür. Bu günlərdə dövlət başçısı İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə xüsusi diqqət yönəldərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. «Danışıqlar hazırda hansı mərhələdədir» sualını cavablandırarkən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Ermənistan ilə sülh müqaviləsi imzalansın. Azərbaycanın irəli sürdüyü 5 prinsip beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər.
Ermənistanın başqa yolu da yoxdur. Dövlət başçısının bəyanatları arasında bu çağırış da əsas yer tutur ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycanın niyyəti ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: «Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə.»
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024