Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılmışdır.
Tarix: 09-04-2023 | Saat: 17:00
Bölmə:Siyasət / Təhsil | çapa göndər
Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından, ilk növbədə, müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək”. Bu, Azərbaycan müəllimlərinin həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb bir işdir. Müdriklərdən biri deyib ki, müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər. Yaxşı öyrətmək üçün də yaxşı öyrənmək lazımdır.
Keyfiyyətli və səriştəli müəllim kadrlarının hazırlığının ilkin şərti pedaqoji peşəyə seçimin düzgün, obyektiv və şəffaf aparılmasından asılıdır. Bunun üçün isə, ilk növbədə, pedaqoji peşəyə sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsi yoxlanılmalıdır. İstəmədən, sevmədən müəllimlik peşəsini seçənlər çoxdur. Ona görə də ümumtəhsil məktəblərində peşə məsləhətləri elmi xarakterdə, məqsədli və düşünülmüş şəkildə aparılmalıdır. Müəllimin xüsusi peşə və ictimai funksiyaları onun qarşısında mühüm tələblər qoyur. Müəllim şagirdlər, valideynlər və ümumiyyətlə, cəmiyyət üçün nümunə, etalon olmalıdır. Digər peşə sahiblərinin peşəkarlığı, insan və şəxsiyyət kimi formalaşması məhz müəllimdən asılıdır. Zəruri kompetensiyalara malik müəllimin olması yaxşı həkim, yaxşı mühəndis, yaxşı hüquqşünas, yaxşı iqtisadçı, peşəkar hərbiçinin hazırlanması deməkdir. Bu səbəbdən də son illərdə təhsillə bağlı qəbul edilən bütün sənədlərdə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”(2012), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda (2013) təhsilalanların öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində müəllim həlledici sima hesab olunur. Müəllimin şəxsi keyfiyyətləri hesab olunan pedaqoji kompetensiyalar onun uşaqlara məhəbbətində, onlarla işləməkdən və ünsiyyətdə olmaqdan həzz almaqda özünü göstərir. Elə buna görə də ali məktəblərə tələbə qəbulunun qaydaları təkmilləşdirilməli, ixtisaslar, xüsusilə təhsil ixtisasları digər qruplardan ayrılmalıdır. Keyfiyyətli müəllim kadrları yetişdirmək məqsədilə pedaqoji ixtisaslara sənəd verən abituriyentlərin peşəyəyararlılıq səviyyəsinin müəyyənləşdirilməsi, nitq və yazı mədəniyyətinin yoxlanılması üçün müsahibələrdən keçirilməsi, yüksək bal toplayanların pedaqoji peşəyə istiqamətləndirilməsi zəruri və vacibdir.
Ötən illərdə müəllimlərin öz işinə daha da sevgi və məsuliyyətlə yanaşmasına şərait yaratmaq məqsədilə 2014-cü il sentyabrın 15-dən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilmiş, müəllim peşəsinə marağı artırmaq üçün Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən başlayaraq “Gələcəyin müəllimi təqaüdü” təsis olunmuş, müəllim əməyinin stimullasdırılması, əmək haqqına differensial yanaşma istiqamətində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib və s.
Son illərdə müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində aparılan davamlı və məqsədyönlü islahatlar bu şərəfli peşənin ictimai nüfuzunu xeyli artırıb. Təhsil Nazirliyi tərəfindən yüksək rəqabət və şəffaf şəraitdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsi müəllimlik ixtisasına artan marağın göstəricisidir. Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun təşəbbüsü ilə ali məktəblərə qəbul zamanı birinci yerdə məhz müəllimlik ixtisasını yazan, qəbul imtahanlarında 500-dən artıq bal toplayan 300 tələbəyə nazirlik tərəfindən 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gələcək müəllimlərə əlavə stimul vermişdir. Artıq 600 tələbə bu təqaüdə layiq görülüb.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı və motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr və müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində təhsilin keyfiyyətinə müsbət təsir göstərib. Azərbaycanda dövlət təhsil siyasətinin müasir mərhələsinin istənilən dövrünü müşahidə etsək, bir daha məqsədyönlü davamlılığın şahidi ola bilərik. Prezidentin bu istiqamətdəki sərəncamlarının mahiyyətindən irəli gələn məsələləri diqqətlə təhlil etdikdə onların strateji mahiyyətinə daha yaxşı aydınlıq gətirmək mümkündür. Belə ki, müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Prezidentin hələ 2015-ci il 16 yanvar tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, müəllimlərin həftəlik dərs yükü 1,5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmışdı. Bundan əlavə, ölkə rəhbərinin 2019-cu ilin iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar təhsilə olan diqqət və qayğının çoxsaylı nümunələrindəndir. Eyni zamanda, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncamı təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşımaqla, həm də təhsil işçilərinə göstərilən böyük etimaddır. Sərəncama əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən ediləcək. Sözsüz ki, vəzifə maaşlarının artırılmasına bu tərzdə diferensial yanaşmanın tətbiqi keyfiyyət göstəricilərinə də müsbət təsir edəcək.
Dövlətin ali təhsildən, xüsusilə də ali pedaqoji təhsildən gözləntiləri böyükdür. Millətin mənəvi potensialının formalaşması müəllimin dərin və hərtərəfli biliyə, praktik bacarığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə və müasir dünyagörüşə hansı səviyyədə malik olmasından asılıdır. Müasir dövrdə cəmiyyətdə intensiv olaraq dəyişən sosial-iqtisadi münasibətlər təhsil sisteminin bu proseslərə çevik və dinamik adaptasiyasını tələb etdiyindən, ildən-ilə öyrənmə prosesinin keyfiyyətini yüksəltmək müəllimlərdən təhsil prosesinə daha səriştəli yanaşma tələb edir. Müasir müəllim araşdırmalar aparmağı bacarmalı, müasir təhsil, tərbiyə, inkişaf texnologiyalarından baş çıxarmalı, düzgün diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə və korreksiya funksiyalarını bilməli, tədqiqatçılıq keyfiyyətinə malik olmalıdır. Tədqiqatçılıq bacarığı olmayan müəllim bu keyfiyyəti öz şagirdlərinə aşılaya bilməz. Müasir məktəbin müəllimi yaradıcı olmalı, dərs dediyi şagirdin inkişafını bütün mərhələlər üzrə görməyi bacarmalı, onların şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirməlidir. Məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün müəllim şagirdin yaradıcı təfəkkürünə məxsus bütün psixo-pedaqoji xüsusiyyətləri bilməlidir.
Hüseynli Billurə ,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ