Rumıniya – Moldova: birləşmə baş tutacaqmı?
Tarix: 30-03-2023 | Saat: 12:38
Bölmə:Karusel / Özəl / Dünya | çapa göndər
Rumıniyanın keçmiş Baş naziri, parlamentin deputatı Lüdovik Orban martın 28-də etdiyi çıxışında “Moldova yenidən Rumıniyanın bir hissəsi olmalıdır”, - fikrini səsləndirib.
aia.az xəbər verir ki, bu barədə REGNUM informasiya agentliyi yazır. Məlumatda bildirilir ki, keçmiş Baş nazirin sözlərinə görə, Rumıniya ilə Moldova arasında hüquqi nöqteyi-nəzərdən də çox güclü əlaqə var. Bundan əlavə, onun fikrincə, bir milyona yaxın Moldova vətəndaşı da Rumıniya vətəndaşlığına malikdir. Moldova 1 telekanalının efirindən çıxış edən Orban “Mən indiki Moldovanın yenidən Rumıniyanın bir hissəsi olmasının normal və təbii olduğuna inanan bir insanam”, - deyib.
Bundan bir qədər əvvəl isə, Rumıniya Prezidenti Klaus İohannis bildirmişdi ki, Moldovada yaranmış vəziyyət bu ölkənin təhlükəsizliyinin Avropa İttifaqının köməyi ilə təmin edilməsinin zəruriliyini deməyə əsas verir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024