Ana Sayfa > Karusel / Özəl / Dünya > Rumıniya – Moldova: birləşmə baş tutacaqmı?
Rumıniya – Moldova: birləşmə baş tutacaqmı?30-03-2023, 12:38. Yazar: sevinc1 |
Rumıniyanın keçmiş Baş naziri, parlamentin deputatı Lüdovik Orban martın 28-də etdiyi çıxışında “Moldova yenidən Rumıniyanın bir hissəsi olmalıdır”, - fikrini səsləndirib. aia.az xəbər verir ki, bu barədə REGNUM informasiya agentliyi yazır. Məlumatda bildirilir ki, keçmiş Baş nazirin sözlərinə görə, Rumıniya ilə Moldova arasında hüquqi nöqteyi-nəzərdən də çox güclü əlaqə var. Bundan əlavə, onun fikrincə, bir milyona yaxın Moldova vətəndaşı da Rumıniya vətəndaşlığına malikdir. Moldova 1 telekanalının efirindən çıxış edən Orban “Mən indiki Moldovanın yenidən Rumıniyanın bir hissəsi olmasının normal və təbii olduğuna inanan bir insanam”, - deyib. Bundan bir qədər əvvəl isə, Rumıniya Prezidenti Klaus İohannis bildirmişdi ki, Moldovada yaranmış vəziyyət bu ölkənin təhlükəsizliyinin Avropa İttifaqının köməyi ilə təmin edilməsinin zəruriliyini deməyə əsas verir. Geri dön |