Mobil versiya
Ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi cəmiyyətin sabit inkişafına töhfədir
Tarix: 29-03-2023 | Saat: 12:25
Bölmə:Siyasət | çapa göndər

Ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi cəmiyyətin sabit inkişafına töhfədir

Ölkə Prezidenti İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindən biri də iqtidar-müxalifət dialoqunun inkişaf etdirilməsi, həmryəliyin yaradılması və cəmiyyətdə milli birliyə, siyasi birliyə nail olmaqdır. Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında müxalifət partiyalarının fəal iştirakı da birmənalı olaraq müsbət qarşılanır və təqdir edilir.

2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və bu istiqamətdə bütün imkanlardan istifadə olundu. Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi tarixi Qələbəmizin qazanılmasında mühüm əhəmiyyət kəsb etdi. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə iqtidar-müxalifət birliyi unikal birlik idi və bu proses də məhz siyasi dialoq nəticəsində baş vermişdi. Cənab Prezidentin təşəbbüsü və birbaşa göstərişi əsasında həyata keçirilən bu dialoq göstərdi ki, hər hansı məsələdə fikirlər müxtəlif olsa da, Vətən məsələsində fikir ayrılığı ola bilməz.

Təəssüf ki, bəzi siyasi partiyalar, xüsusən radikalizm və satqınçılıq mövqeyindən çəkilməyən AXCP və ətrafındakı kiçik partiyalar bu prosesdən kənarda qaldılar. Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirdilər. Əslində qanunun aliliyi və demokratik münasibətlərin hökm sürdüyü bir şəraitdə dialoqdan boyun qaçırmaq rəqabətdən qaçmaq deməkdir. Ancaq onu da anlamaq lazımdır ki, kiminsə dialoqda iştirak etməməyinin ölkədə konkret dialoqun olmadığı anlamına gəlmir. Ötən əsrin 90-cı illərində baş vermiş hadisələrə fəlsəfi qiymət versək deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi məhz sözügedən siyasi dialoqa qarşı Azərbaycan cəmiyyətində formalaşmış ehtiyacın nəticəsidir. Cənab Prezident İlham Əliyevin dövlət quruculuğu ritorikasında mütəmadi olaraq vətəndaş həmrəyliyinə dair çağırışları məhz həmin dialoqun siyasi gündəmdə saxlanmasına xidmət edir. Son illərdə formalaşmış dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.

Cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışında siyasi dialoqun cəmiyyət və dövlət üçün xüsusi önəm daşıdığını bildirərək demişdir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Zaman da göstərdi ki, cəmiyyətin etibar kreditini itirmiş, özü də tarixin sınaqlarında itmiş, ancaq daha böyük və əsassız ambisiyaya malik olan iddialı siyasətçilər isə dialoqu məhz siyasi demaqogiya aləti kimi istifadə edərək, əslində isə həmin dialoqdan müxtəlif bəhanələrlə boyun qaçırırlar. Konstruktiv dialoq tərəflərdən kadr potensialı, sahələr üzrə alternativ təkliflər paketi, sabit və etibarlı elektorat, qazanılmış nəticələr və müasir çağırışlara adekvat olan keyfiyyətlər tələb edir. Məhz bu meyarlara cavab verə bilmədiyi üçün ən asan üsul dialoqdan boyun qaçırmaq və ölkədə dialoqsuz mühitin yaratmasında hakimiyyəti günahlandırmaqdır. Yalnız emosional çağırışlar və protest elektorata arxalanan siyasət, davamlı ictimai simpatiyalara ümidli ola bilməz.

Keçirilən islahatlar qanunların daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması zərurətini də yaratdı. Bu yolda ən mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu.

Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürü kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması, cəmiyyətin sabit inkişafına töhfə idi.

Cəmiyyət birmənalı şəkildə anladı ki, radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadan başqa bir şey deyildir. 30 il ərzində nə baxışlarında, nə də siyasi fəaliyyətində yenilik etməyən belə partiyalar əslində zamanla sıradan çıxmaq qorxusu yaşayır və onların emosional, əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından başqa bir şey deyildir.

Amma təbii ki, bunlar istisna olmaqla, bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Müharibədən əvvəl də ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdı. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan iqtidarı buna nail oldu. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Azərbaycan cəmiyyəti Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin bu siyasi kursunu dəstəkləyir və onu öz xilaskarı kimi görür. Belə bir şəraitdə siyasi dialoqdan imtina edənlər isə tarixin arxivinə gömülməkdən başqa heç nəyə yaramır.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024